“Təəssüf ki, onun-Qarabağ əlilinin həyatını xilas edə bilmədik…”-MİLLƏT VƏKİLİ – FOTOLAR

B u gün Ucarın Bərgüşad kəndində mərhum Oqtay qardaşımızın hüzünlü ailəsini ziyarət etdik. Şamama anaya, ömür-gün yoldaşı Qızqayıt bacımıza, qardaşları Mais və Natiqə başsağlığı verdik. Ailə son bir ildə Oqtayın xəstəliyi ilə çox mübarizə apardı, onu yaşatmaq üçün əlindən gələni etdi.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Jalə Əliyeva deyib.

Qeyd edib ki, müraciət etdikləri qurumlar, xəstəxanalar, həkimlər də çox çalışdılar.

“Biz də Qarabağ uğrunda döyüşlərdə könüllü iştirak edən, ağır yaralanan, sağlamlığını itirən Oqtay Həsənova və ailəsinə kömək etmək üçün səfərbər olduq… Dəfələrlə rayon Mərkəzi Xəstəxanasında, Bakı şəhərində ixtisaslaşmış xəstəxanalarda müayinə edildi, müalicə aldı, əməliyyat olundu. Lakin təəssüf ki, onun həyatını xilas edə bilmədik… Oqtay özündən sonra gül kimi 3 övlad qoyub gedib. 2-si qız, 1-i oğlan. Sağ-salamat böyüsünlər, inşallah. Ata həsrətinin yerini bundan sonra ana, nənə, əmi şəfqəti, tanıyanların mərhəməti doldursun hər zaman! Amin!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Azərbaycana məxsus torpaqlarda aparılan tikinti işləri dərhal dayandırılmalı, beynəlxalq normaları pozan düşmən məsuliyyətə cəlb olunmalıdır”-MÜŞFİQ CƏFƏROV

Read Next

“Dövr, zaman, vaxt Azərbaycanla Türkiyənin xeyrinə işləməkdədir!”-JALƏ ƏLİYEVA “ARİF OLANLARA BİR İŞARƏ DƏ KİFAYƏTDİR” DEDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir