“Təəssüf ki, pandemiya bizə mərasimi ənənəvi üslubda keçirməyə imkan vermədi…”-BƏHRUZ MƏHƏRRƏMOV

Dünən və bu gün Biləsuvar məzunlarının “son zəng”ində iştirak etdik. Təəssüf ki, pandemiya bizə mərasimi ənənəvi üslubda keçirməyə imkan vermədi. Lakin əsas odur ki, səsimizi, sözümüzü, sevgimizi bölüşə bildik, ən xoş arzularımızı məzunlara, həmçinin dəyərli müəllimlərimizə çatdırdıq.

Etikxeber.az xəbər verir ki, bunu sosial şəbəkə hesabında millət vəkili Bəhruz Məhərrəmov qeyd edib.

“Habelə qəbul imtahanlarında, ən yüksək bal toplayacaq 3 məzuna hədiyyəmiz olacağını elan etdik. Əziz gəncliyimiz, ümid edirəm, nəticələriniz yalnız Biləsuvar deyil, ümumrespublika səviyyəsində seçilib fərqlənər. Bir daha hər birinizə və Sizin timsalınızda bütün Azərbaycan məzunlarına can sağlığı, xoş firəvan həyat, dövlətimizin rifahı, inkişafı yolunda yorulmaz və prinsipial olmağı arzu edirəm!”-deyə, o, sonra qeyd edib.

Etikxeber.az

Read Previous

“Kimlərsə ölkəni qarışdırmağa start verib:Rəhim Qazıyevə küçədə xəsarət yetirilməsi məsələsi bunun təzahürüdür”- FAZİL MUSTAFA

Read Next

“Təhsil haqlarının ödənilməsində müəyyən güzəştlər edilməlidir…”-MİLLƏT VƏKİLİ ALİ TƏHSİL OCAQLARININ RƏHBƏRLƏRİNƏ SƏSLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir