Təbii sərvətlərimizə göz dikiblər – KÜVEYTLİ DEPUTAT

Bizim-burada əyləşlərin bir çoxu siyasətçi, digərləri isə yaxın gələcəyin liderləridir.

Bizlərdən-siyasətçilər və gələcəyin liderlərindən çox şeylər asılıdır.

Bizlər cəsarətli qərarlar qəbul etməyi, cəsarətli addımlar atmağı bacarmalıyıq.

Etikxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisdə (MM) Parlamentlərarası İttifaqın  Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransında çıxışı zamanı Küveytdən olan deputat Omar Altabtabaei deyib.

altab

O, qeyd edib ki, bu gün sülhə ehtiyac var:

“Bu, heç də hərb yolu ilə əldə edilmiş sülh demək deyil. Bu, həm də insan, qadın, uşaq alverinin qarşısının alınması deməkdir.

Bu gün dünyanın bəzi məlum gücləri bizlərin təbii ehtiyatlarına, sərvətlərinə göz dikib, onları qamarlamaq istəyirlər.

Ona görə sülh həm də həmin təbii sərvətlərin, ehtiyatlarımızın qorunması deməkdir.

Biz siyasətçilər və liderlərik.

 Ona görə cəsarətli davranmalı bacarmalıyıq”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

Read Previous

Parlamentlərarası İttifaqın 5-ci Qlobal Konfransı bu gün başa çatır…

Read Next

Kütləvi işsizlik gözlənilir – 2020-Cİ İLDƏN…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir