Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Şəmkirdə Seçki Dairəmdə yerləşən Hərbi xəstəxanada yaralı əsgərimizi, Təbrizi ziyarət etdim.Təbriz ön cəbhədə şəhid Polad Həşimovla eyni yerdə çiyin-çiyinə döyüşüb. Ən böyük arzusu tezliklə sağalıb ön cəbhəyə geri qayıtmaqdır.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Nurlan Həsənov deyib.
Onun sözlərinə görə, Təbrizin danışdıqları tam səmimi deməyə əsas verir ki, Azərbaycan ordusunda çox Poladlar, Mübarizlər, Vüqarlar var.
“Sadəcə, biz onların adlarını eşitməmiş ola bilərik! Ermənistan ordusu dəstəyi olmasa bir gündə bizim ordunun qarşısında dayana bilməz. Əmin olun! Bu gün eyni zamanda Tovuzun Ağdam və Dondar quşçu kəndlərində, Ermənistanla birbaşa təmas nöqtəsində oldum! Sərhəddə 0 nöqtəsinə qədər getdim! Yerində olanları görmək əmin olun insana tamam başqa hiss etdirir. Mən nə edə bilərəm ki, daha çox kömək edə bilim deyə düşünürsən. Həqiqətən boşuna deyilməyib “Vətən sərhəddən başlayır”! Bəzilərimiz üçün bəlkə də məhz vətəni sevməkdə sərhəddən başlayar…”-deyə, o, əlavə edib.