Təhsil Nazirliyi Rumıniyaya dörd tələbə göndərir

Hökumətlərarası Təqaüd proqramları çərçivəsində 2018-2019-cu tədris ili üçün Rumıniya təhsil təqaüd proqramının nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən Etikxeber.az-a bildiriblər ki, bu qurum ilə Rumıniyanın Gənclər, Tədqiqat və Təhsil Nazirliyi arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq dörd Azərbaycan vətəndaşı 2018-2019-cu tədris ili üzrə Rumıniyanın universitetlərində təhsil almaq imkanı qazanıb.

Seçim barədə Rumıniya tərəfindən verilən yekun qərar nəticəsində dörd nəfər “University of Bucharest”, “Babeș-Bolyai University”, “Universitatea „Alexandru Ioan Cuza din Iași” və “Oil & Gas University of Ploiești” ali təhsil müəssisələrində mühəndislik, biologiya və biznes ixtisasları üzrə magistratura (üç nəfər) və doktorantura (bir nəfər) səviyyələri üzrə təhsil almaq hüququ əldə edib.

Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə elan fevralın 1-də verilib.

Etikxeber.az

Read Previous

Qaninin çıxışı “qana boyandı” …

Read Next

“Zəncir vurmaq, qan çıxarmaq…” – MÜBARİZ QURBANLIDAN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir