Təhsildə növbəti biabırçılıq: CƏMİ 3 ABİTURİYENT 700 BAL TOPLADI

Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 30-da II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanında iştirak edən abituriyentlərdən 17 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

DİM-dən Etikxeber.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün sənəd vermiş 35 433 abituriyentdən 706 nəfəri imtahanda iştirak etməyib.

Bildirilib ki, imtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Ağcabədi şəhəri, 3 saylı  məktəb-lisey və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunları) , III ixtisas qrupu üzrə isə 1 abituriyent (Bakı şəhəri, Zərifə Əliyeva adına liseyin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb.

Etikxeber.az

Read Previous

“Müsəlman ölkələri arasında həmrəylik və əməkdaşlıq…” – PREZİDENT – FOTOLAR -YENİLƏNİB

Read Next

MASALLIDA FACİƏ: 5 yaşlı uşaq sünnət zamanı dünyasını dəyişdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir