“Təhsili olmayan millətin, dövlətin gələcəyi yoxdur”-MİLLƏT VƏKİLİ TƏHSİL SİSTEMİNDƏN, BU YÖNDƏ GÖRÜLƏN İŞLƏRDƏN, AÇILIŞLARDAN DANIŞDI

Dünən, 3 sentyabr 2020-ci il tarixində Cənab Prezident və birinci xanım Mehriban Əliyeva Murtuza Muxtarov küçəsində yerləşən yeni tədris korpusunun açılışında iştirak ediblər. Bildiyimiz kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Bakının 3 saylı tədris korpusu yenidən inşa olunaraq istifadəyə verilib. Dövlət başçısı və birinci xanım burada yaradılan şəraitlə yaxından tanış olublar. Pandemiya dövrünün çətinliklərinə baxmayaraq, cənab Prezident daim təhsilə olan diqqətini ön plana çəkib. Gənclərimizin yüksək səviyyədə təhsil alması üçün atılan bu addım da buna əyani bir sübutdur. Çünki dövlətimizin təməli təhsildən başlayır.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Eldəniz Səlimov dilə gətirib.

Bildirib ki, eyni zamanda, bu gün, 4 sentyabr tarixində bu istqamətdə daha bir açılış baş verib, Azərbaycanın ali təhsil müəssisələri arasında özünəməxsus yeri və çəkisi olan ADA Universitetinin iki yeni korpusunun açılışı olub. Həm dövlət başçısı, həm də Birinci xanım açılışda iştirak ediblər.

Millət vəkilinin sözlərinə görə, yeni korpusların inşası 2016-2019-cu illər ərzində aparılıb. Yeni korpuslarda təlim-tədrisin ən müasir səviyyədə aparılması üçün bütün imkanlar var. Burada 535 nəfərlik akt zalı, sinif və qrup otaqları, kitabxana, laboratoriyalar müəllim və tələbələrin ixtiyarına veriləcək. Sinif otaqları tərcümə sistemi, smart lövhə və digər zəruri tədris avadanlığı ilə təchiz olunub.

“Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailliyyəti heç vaxt unutmamalıyıq”.

Bu sözləri Ulu Öndər Heydər Əliyev səsləndirib.

Onun təhsilimizə verdiyi dəyər və göstərdiyi qayğının nəticəsidir ki, Azərbaycan müstəqil dövlət olaraq öz sözünü hər bir yerdə gur və uca səslə deyir. Ulu Öndərin bu siyasətini də cənab Prezidentimiz İlham Əliyev layiqincə davam etdirməkdədir. Çünki təhsil millətin gələcəyidir, təhsili olmayan millətin, dövlətin gələcəyi də yoxdur. O dövlətin, o millətin parlaq gələcəyi var ki, onun yüksək standartlara cavab verən təhsil sistemi mövcuddur. Azərbaycan da bu yolda, bu istiqamətdə əzmlə, inamla addımlayır”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az


Read Previous

Müdafiə naziri Moskvada-SƏFƏRDƏDİR…-YENİLƏNİB

Read Next

“Erməni “kişisi” yenə qadını önə buraxıb…”-BƏHRUZ MƏHƏRRƏMOVDAN SƏRT SÖZLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir