“Tək adam demədim”-desə də… CXP-Lİ DEPUTAT PARTİYADAN GEDƏ BİLƏR

CUMHURIYET HALK PARTISI PARTI MECLISI GENEL BASKAN YARDIMCISI ADNAN KESKIN BASKANLIGINDA TOPLANDI

CXP Mərsin millət vəkili Fikri Sağlar partiyadan xaric olunmaq tələbi ilə adıçəkilən təşkilatın Mərkəzi İntizam Komissiyasına şikayət edilib.

Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, belə ki, bununla bağlı qərar bu gün 6 saata yaxın davam CXP Məclisinin toplantısında verilib.

Qərar səsverməyə çıxarılmazdan əvvəl isə öz fikrini bir daha bildirmək üçün F. Sağlara söz verilib.

O, çıxışında fikirlərinin mətbuat tərəfindən təhrif edildiyini və CXP lideri üçün “tək adam” sözünü işlətmədiyini iddia edib.

Ancaq onun bu təkzibi də işə yaramayıb.

Partiya Məclisi səs çoxluğu ilə F. Sağları CXP-nin Mərkəzi İntizam Komissiyasına şikayət edən qərar çıxarıb.

CXP  Mərkəzi İntizam Komissiyasının da F. Sağlarla bağlı yaxın günlərdə qərar çıxaracağı gözlənilir.

Etikxeber.az

Read Previous

Prezidentin bibisi dəfn edildi – FOTOLAR – YENİLƏNİB

Read Next

Fransa Makronla addımlayacaq – SEÇKİLƏRİN QALİBİ MƏLUM OLDU – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir