Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mingəçevir şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Emil Zaman oğlu Əmirovun Anım Günüdür.
Emil Əmirovun bu gün-17 oktyabr 2025-ci il tarixində Əbədiyyətə uğurlanmasından beş il keçir.
Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub, “Quran” oxunub.
Qısa çıxışlar edilib, anası Xanımnaz İmanovaya Allahdan səbr və dözüm arzulanıb.
Anası Xanımnaz İmanovanın göz yaşları içində dediklərindən:
“Emil, mən ananı niyə bu dünyada tək, arxa-dayaqsız qoyub getdin?…Niyə, bala, niyə?…Bura axı sənin yerin deyildi, bura mənim yerimiydi…Niyə yerimi əlimdən aldın?… Kaş mən öləydim, sən yaşayaydın, bala!…”
Şəhidin məzarını ziyarətdə anası, Mingəçevir və Bərdəli Şəhid ailələri, Qazilər, din xadimləri və digər şəxslər iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, Emil Əmirov 2000-ci ilin dekabr ayının 9-da Mingəçevir şəhərində dünyaya gəlib.
Evin tək oğlan övladı olub və anası Xanımnaz İmanova tərəfindən təkbaşına böyüdülüb.
İkinci Vətən Müharibəsində MAXE kimi iştirak edib və oktyabrın 15-də Şəhidlik məqamına ucalıb.
Ancaq nəşi 2 gün sonra, 17 oktyabr tarixində Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
Şəhidliyindən sonra medallarla və bir ordenlə təltif olunub.
O, həm də subay olub.
Adını daşıyan küçə var.
Qeyd edək ki, Emil Əmirovun tək dayısı da Şəhiddir.
Dayısı, üç bacının tək qardaşı ola Müzəffər İmanov 1992-ci ildə, 1-ci Qarabağ Şavaşında iştirak edib və avqustun 9-da Ağdərə istiqamətində ağır döyüşlər zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Müzəffər İmanov da Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
15:36
***
Bu gün həm də Samuxlu, Əhmədbəylili, evin-ailənin iki övladından biri, tək və subay oğul Elməddin Cəsur oğlu Mürsəlzadənin Anım Günüdür.
Əbədiyyətə uğurlanmasının beşinci ilində Şəhidin Əhmədbəyli kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub, “Quran” oxunub.
Məzarını ziyarətdən sonra isə Samux rayon məscidində yerləşən Mərasim zalında adına ehsan verilib, bir daha ruhuna dualar edilib.
Şəhidin məzarını ziyarətdə və Anım məclisində ailə üzvləri, Samux və Bərdəli Şəhid ailələri, din xadimləri və digər şəxslər iştirak ediblər.
Məkanları cənnətlik, ruhları şad olsun!
Nurlar içində yatsınlar!


15:53
***
FOTOLAR:
















Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





