Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bərdə rayonunda yaşayan Adil Muxtarov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, o cümlədən səhiyyə naziri Teymur Musayevə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevə və Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədri cənab Əhliman Əmiraslanova müraciət ünvanlayıb.
Etikxeber.az-a daxil olan müraciətdə deyilir:
“Çox hörmətli Mehriban xanım!
Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Adil Rəhbər oğlu Muxtarov Bərdə rayonunda yaşayıram. Ailəliyəm, dörd övladım-üç qızım və bir oğlum var. Hazırda iki qızım və sonbeşiyimiz olan oğlum orta məktəbdə oxuyur. Oğlum Əbəlfəz (Əbülfəz) Muxtarzadə 2017-ci ilin 18 oktyabr tarixində dünyaya gəlib. Hazırda Bərdə şəhər 8 saylı tam orta məktəbin birinci sinfində oxuyur.
Qeyd edim ki, otən ilin dekabr ayının 18-də oğlumun səhhətində problem yarandı, sarılıq xəstəliyi ilə xəstəxanaya yerləşdirildi və bu ilin yanvar ayının 8-nə kimi müalicə olundu. Ancaq müalicə düzgün getmədiyi üçün övladım sağalmırdı. Odur ki, yanvar ayının 16-da Bakı şəhərində yerləşən Qan İnstitutuna müraciət etdik, uşaqdan qan analizi götürüldü və 3 gündən sonra bizə cavab verildi ki, oğlum talassemiya daşıyıcısıdır, talassemiya xəstəsidir. Həmin vaxtdan da bu yana 3 aydır müalicə alır.
Hər kəsə də yaxşı məlumdur ki, talassemiya elə bir xəstəlikdir ki, onun güclü müalicə və müayinəsi lazımdır. Bunun üçün həm də böyük maddi vəsait tələb olunur. Bizim də elə bir imkanımız yoxdur. Övladımızın, tək oğlumuzun da gözümüzün önündə saralıb-solub, əriyib getməsinə dözə bilmirik. Bu, bir ata, bir valideyn üçün çox çətin və çox ağırdır. Allah kimsəyə yaşatmasın!
Ona görə bir Azərbaycan Xanımı, bir Azərbaycan Anası, həm də nəinki Azərbaycanımızın, dünyanın xeyirxahlıq, şəfqət simvolu kimi Sizdən dönə-dönə xahiş və rica edirəm ki, balamın, övladımın müalicəsini öz nəzarətinizə götürəsiniz. Bununla bağlı müvafiq qurum və səlahiyyət sahiblərinə səlahiyyətləriniz çərçivəsində göstəriş və tapşırıqlar verəsiniz. Bizləri, balamızı sevindirəsiniz, Allahımız da daim Sizi və ailənizi sevindirsi!
İnanıram ki, belə də olacaq, müraciətim nəzərə alınacaq, xahişim müsbət həll olunacaq və balam sağlamlığına qovuşdurulacaq.
Öncədən də Sizə öz dərin minnətdarlığımı və təşəkkürlərimi bildirirəm!”
Etikxeber.az