Tək oğul, tək bacının tək qardaşı idi…Anası və babası tərəfindən böyüdülmüşdü…Ali-hərbi təhsilli, ailəli, Baş leytenantıydı…İkinci Vətən Müharibəsində iştirak etdi, Antiterror əməliyyatında isə Şəhadətə qovuşdu-ANTİTERROR ŞƏHİDİ ELÇİN İBRAHİMLİNİN SABAH CƏNNƏTDƏKİ DOĞUM GÜNÜDÜR – FOTOLAR

Naxçıvanlı, Şərurlu Antiterror Şəhidi Elçin İbrahimlinin doğum günüdür.

Sabah-26 sentyabr 2026-cı il tarixində Elçin İbrahimlinin 29 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki üçüncü (əslində dördüncü) doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Elçin İbrahimli 26 sentyabr 1997-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yengicə kəndində dünyaya gəlib…

Evin tək oğlu, tək bacının tək qardaşı idi…

Tək bacısı hazırda ailəlidir…

Uşaqlıqdan anasının və ana babasının himayəsində böyüyüb…

Anası Aynur xanım ona da, tək bacısına da həm analıq, həm atalıq edib…

2012-2015-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə oxuyub, sonra – 2015-2019-cu illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə ali-hərbi təhsilə yiyələnib..

Leytenant hərbi rütbəsinə layiq görülüb…

Ali-hərbi təhsilini bitirdikdən sonra Goranboy rayonu istiqamətində “N” saylı hərbi hissədə fəaliyyətə başlayıb…

Baş leytenant hərbi rütbəsinə yüksəlib…

İkinci Vətən Müharibəsində və Antiterror əməliyyatında iştirak edib…

İkinci Vətən Müharibəsindən sonra “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülüb…

Antiterror əməliyyatı zamanı-2023-cü ilin sentyabrın 19-da isə günorta saatlarında Ağdam-Ağdərə istiqamətində qəhrəmancasına Şəhid olub…

26 yaşının tamanına cəmi 7 gün qalmış Şəhadətə qovuşub…

 Nəşi bir gün sonra-sentyabrın 20-də Şərur Şəhidlər Xiyabanında dəfn olunub…

Şəhidliyindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub…

Eyni zamanda, Yengicəli “Qisas” əməliyyatı Şəhidi Əli Cavad oğlu Əliyevlə Elçin eyni sinifdə oxuyublar…

Eyni ildə və eyni ayda dünyaya gələn Elçinlə Əli həm sinif yoldaşı, həm də dost olublar…

Sonra ikisi də birlikdə həm Hərbi Liseydə, həm də Ali Hərbi Məktəbdə bir yerdə hərbi təhsilə yiyələniblər…

Elçin həm də ailəli olub…

2021-ci ilin aprelində Ceyran adlı bir qızla ailə həyatı qurub, ancaq övladları olmayıb…

Qazi bacısı (qardaşı Amin də Elçinin tələbə yoldaşı olub) Ceyran xanım bu gün də Aynur xanımın yanındadır.

Məkanı cənnətlik, Cənnətdəki doğum günü, 29 yaşı mübarək olsun!

Nur içində uyusun!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

YAP-ın 8-ci qurultayının vaxtı məlum oldu-OKTYABRIN 2-DƏ HAKİM PARTİYA NÖVBƏTİ QURULTAYINI KEÇİRƏCƏK VƏ BİR ÇOX TANINMIŞ SİMALARLA VİDALAŞACAQ…

Read Next

Şəhid anaları da-YAP-IN QURULTAYINDA İŞTİRAK EDƏCƏKLƏR – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir