Tək övlad, ali-hərbi təhsilli, Baş leytenant, nəşi 3 ay 12 gündən sonra Əbədiyyətə uğurlanan-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ HƏSƏNAĞA ABDULLAZADƏNİN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB

Lənkəranlı (həm də Bakılı) İkinci Vətən Müharibəsi Şəhidi, evin-ailənin tək övladı, ali-hərbi təhsilli, Baş leytenant, 3-cü dərəcəli “Rəşadət” ordenli, nəşi 3 ay 12 gündən sonra tapılan Həsənağa Şakir oğlu Abdullazadənin Anım Günündə-14 yanvar 2025-ci il tarixində Əbədiyyətə uğurlandığı İkinci Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

9 mart 1993-cü il təvəllüdlü Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb.

Ruhuna dualar olunub, “Quran” oxunub.

Etikxeber.az xəbər verir ki, Şəhidin məzarını ziyarətdən sonra valideynlərinin Bakı şəhərinin Nardaran qəsəbəsində yaşadığı evdə Anım məclisi düzənlənib, adına ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar edilib.

Valideynlərinə-anası Səmilə xanıma və atası Şakir Abdullayevə Allahdan səbr və dözüm arzulanıb.

Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və Anım məclisində valideynləri, doğmaları, Şəhid ailələri, Sabunçu rayonundan olan Qazilər və din xadimləri iştirak ediblər.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri-BAŞA ÇATDI – FOTO

Read Next

Ailənin üç övladından biri, nişanlı, 22 yaşında Şəhadətə ucalan-NAXÇIVANLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ÜLVİ CƏFƏROVUN CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNÜDÜR, SABAH 27 YAŞI TAMAM OLUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir