Tək, subay oğul, ali-hərbi təhsilli, Baş leytenant, “Qarabağ” ordenli Cəmil Nəcəfov və tək bacının tək qardaşı, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Ruslan Abbasov-BAKILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİNİN SABAH ANIM GÜNLƏRİDİR – FOTOLAR

Bakı şəhərinin Binəqədi rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Cəmil Nəcəf oğlu Nəcəfovu Anım Günüdür.

Sabah-16 oktyabr 2026-cı il tarixində Cəmil Nəcəfovun Əbədiyyətə uğurlanmasından altı il keçir.

Etikxeber.az xəbər verir ki, Cəmil Nəcəfov 24 iyun 1993-cü il tarixində Bakı şəhərində dünyaya gəlib.

Evin-ailənin tək və subay oğlu, tək bacının tək qardaşı olub.

Tək bacısı hazırda ailəlidir.

Ali-hərbi təhsilli, peşəkar hərbçi, Baş leytenant idi.

Aprel döyüşləri və İkinci Vətən Müharibəsində iştirak edib.

İkinci Qarabağ Savaşı zamanı oktyabr ayında Cəbrayıl rayonu istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhid olub.

Nəşi 16 oktyabr tarixində Binəqədi qəbiristanlığındakı Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra bir neçə medal və “Qarabağ” ordeni ilə təltif olunub.

Cəmil həm də subay olub.

***

Bu gün həm də Qaradağ rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ruslan Hikmət oğlu Abbasovun Anım Günüdür.

Onun da Əbədiyyətə uğurlanmasından altı il ötür.

Qeyd edək ki, Ruslan Abbasov 2000-ci ilin may ayının 25-də Qaradağ rayonunun Sahil qəsəbəsində dünyaya gəlib.

O da Cəmil kimi ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı idi.

Orta təhsilini Sahil qəsəbəsindəki Əliheydər Kazımov adına tam orta məktəbdə alıb.

Orta məktəbi bitirdikdən bir müddət sonra-2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb.

Əvvəlcə Ağcabədi, sonra isə Beyləqan istiqamətində yerlşən “N”saylı hərbi hissədə xidmət edib.

İkinci Vətən Müharibəsində də Azərbaycan Ordusunun Əsgəri kimi iştirak edib.

Şərəfli döyüş yolu 18 gün çəkib və 2020-ci ilin oktyabrın 14-də Füzuli istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi 2 gün sonra, oktyabrın 16-da Lökbatan Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra medallarla və bu ilin 25 iyun tarixində 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Ruslan da Cəmil kimi subay olub.

Məkanları cənnətlik olsun!

Nurlar içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq…Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır…”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Antiterror Şəhidinin anası ölkə rəhbərliyinə müraciət etdi: “3 İL KEÇİR, ANCAQ HƏLƏ DƏ KİRAYƏDƏ QALIRIQ, HƏLƏ DƏ MƏNZİLLƏ TƏMİN OLUNMAMIŞIQ”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir