Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Samux rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Pərviz Tufan oğlu Rüstəmovun doğum günüdür.
Pərviz Rüstəmovun bu gün 32 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Pərviz Rüstəmov 6 may 1992-ci il tarixində Samux rayonunda dünyaya gəlib.
Evin-ailənin tək və yeganə övladı olub.
Körpəliyindən atası, ata nənəsi və babası tərəfindən böyüdülüb.
7 yaşında isə atasını itirib və 9 yaşından Gəncə şəhərində yaşayan bibisi Elena xanımın himayəsində yaşayıb.
Orta təhsilini Gəncə şəhərində davam etdirib.
Orta məktəbi bitirdikdən bir müddət sonra, 2010-cu ildə həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb.
2012-ci ildə Əsgərlikdən qayıtdıqdan illər sonra isə yenidən həyatını Ordu, hərb ilə bağlayıb.
Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib.
Azərbaycan Ordusunun hərbçisi, MAXE kimi İkinci Vətən Müharibəsinə qatılıb və 2020-ci ilin oktyabr ayında Füzuli istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi bir neçə gün sonra, 30 oktyabr tarixində Samux rayon qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Samuxda adını daşıyan küçə var.
28 yaşında Şəhidlik məqamına ucalan Pərviz həm də subay olub.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 32 yaşı mübarək, ruhu şad olsun!
Ruhu qarşısında baş əyirik!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az