Tələbə yoldaşı olan yeni nazirlər- Kərimovla Babayev – DEPUTAT YAZDI

Ölkə prezidenti İlham Əliyevin son sərəncamları ilə kənd təsərrüfatı naziri təyin olunan İnam Kərimovla  əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilən  Sahil Babayev həm də  tələbə yoldaşı olublar.

Etikxeber.az-ın Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə millət vəkili, Azərbaycan Demokratik Maarifçilik Partiyasının (AMDP) sədri Elşən Musayev öz “Facebook” statusunda yazıb.

“Tələbə yoldaşlarım İnam Kərimov və Sahil Babayev, Milli Məclisdə komitə yoldaşım, əzizimiz Rövşən Rzayev yeni hökümətin tərkibində yer alıblar!

Hər biri ilə qürur duyuram və onlara gələcək fəaliyyətlərində bol-bol uğurlar arzu edirəm….”-deyə, o, sonra yazıb.

Qeyd edək ki, hər 3 şəxs 1995-2002-ci illərdə BDU-nun beynəlxalq hüquq fakültəsində təhsil alıblar.

Etikxeber.az

Read Previous

Novruz Məmmədov vəzifəsindən azad edildi – SƏRƏNCAM

Read Next

“Məktubum dərhal Prezidentə çatdırıldı…”- ASLAN İSMAYILOVDAN NOVRUZ MƏMMƏDOVUN TƏYİNATINA REAKSİYA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir