Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Sosial mediada və bəzi mətbuat orqanlarında Zərdab rayonuyla bağlı olaraq yayılan xəbərləri həyəcanla oxudum. Gün ərzində və axşamüstü bir neçə dəfə rayonla əlaqə saxladım. Rayon İcra Hakimiyəti, hüquq mühafizə orqanları ilə danışdım. Öyrəndim ki, rayonun icra başçısı hörmətli Mərdan Camalov, rayonun digər rəhbər işçiləri hadisə yerinə gəliblər.
Etikxeber.az xəbər verir ki, bunu 2005-ci ildən, 3-cü çağırışdan Zərdabı-92 saylı Dairəni parlamentdə təmsil edən millət vəkili, professor Jalə Əliyeva deyib.
“Daha sonra rayon İcra Hakimiyyətində şikayətçilər qəbul olunublar. Əziz Çallılılar! Qəbul zamanı da sizə bildirildiyi kimi, tələbiniz, şikayətiniz ən qısa zamanda araşdırılacaq və mütləq öz ədalətli həllini tapacaqdır. Əmin olun ki, Azərbaycan dövləti hər bir vətəndaşının yanındadır. Sizin isə təmkini qorumağınız və məsələnin əlaqədar qurumlar tərəfindən qanunlar çərçivəsində həllini gözləməyiniz ən düzgün olanıdır. İnanıram ki, müdrik addım atacaq, dövlətimizə inamınız qalib gələcəkdir! Tanrı Azərbaycanımızı və onu sevənləri qorusun! Amin!” -deyə, J. Əliyeva sözlərinə əlavə edib.
Etikxeber.az