Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Hazırda təmas xəttində vəziyyət ordumuzun nəzarəti altındadır.
Etikxeber.az-ın məlumatına görə, bunu bu gün mətbuat konfransında Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı bildirib.
V. Dərgahlı deyib ki, dünən gecə və səhər saatlarında düşmənin pilotsuz uçuş aparatları Tovuz və Ağdam istiqamətində kəşfiyyat uçuşları həyata keçirmək istəyib:
“Hər iki pilotsuz aparat vurulub”.
Sonra “Ermənistan tərəfi hansısa tankımızın vurulması, “Qrad” yaylım atəşli reaktiv sistemindən istifadə olunması, qan çatışmazlığı kimi şayiələr yayırdılar”-deyən V. Dərgahlı insanları düşmənin bu dezinformasiyalarına inanmamağa çağırıb:
“Müdafiə Nazirliyinin məlumatlarının ictimaiyyətə çatdırılmasında rolu olan media nümayəndələrinə təşəkkür edirik. 2016-cı ilin aprel ayındakı əməliyyatlarda olduğu kimi, Müdafiə Nazirliyinin elektron poçt qutusuna döyüşə könüllü getmək istəyənlərdən 10 minlərlə müraciət daxil olub. Bu günə olan məlumata əsasən, Müdafiə Nazirliyinə 17 minə yaxın müraciət daxil olub. Eyni zamanda, vətəndaşlarımızın diqqətinə çatdırmaq istəyirəm ki, müraciətlər Müdafiə Nazirliyinə deyil, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə olmalıdır”.
12:05
***
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət stabil gərgin olaraq qalır.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib ki, cəbhənin müxtəlif istiqamətlərində düşmən tərəfindən atıcı silahlardan istifadə olunmaqla atəşkəs rejimi pozulur:
“Düşmənin ön xətdə fəallığının qarşısı bölmələrimiz tərəfindən alınır. Görülən qabaqlayıcı tədbirlər nəticəsində Ermənistan ordusunun 2 hərbi qulluqçusu ağır yaralanıb”.
Qeyd edək ki, bu gün gecə saatlarından başlayaraq Ağdam və Tovuz istiqamətlərində düşmənin 2 PUA-sı da məhv edilib.
Etikxeber.az