Tənbəki çubuqlarının, qəlyanların, alışqanların reklamına QADAĞA

Milli Məclisin (MM)  Aqrar siyasət komitəsinin iclası keçirilib.

Etikxeber.az  xəbər verir ki, iclasda “Tütün və tütün məmulatları haqqında”, eləcə də “Çayçılıq haqqında” qanuna dəyişiklik edilməsi barədə layihələr müzakirə edilib.

Komitə sədri Eldar İbrahimov layihələrin prezident İlham Əliyevin təşəbbüsü ilə MM-ə daxil edildiyini bildirib.

MM-in iqtisadi qanunvericilik şöbəsinin müdir müavini, aqrar sektorun müdiri Vilayət Əlizadə qanun layihələri barədə məlumat verib.

O, bildirib ki, “Tütün və tütün məmulatları haqqında” qanunun 20-ci maddəsinə 20.1.5-ci maddə əlavə edilir. Bu maddəyə əsasən, tütün və tütün məmulatları alanların hədiyyə qismində başqa əmtəəni təklif etməsi qadağan edilir.

Bundan başqa, qanunun 20.2-ci maddəsi yeni redaksiyada verilir. Dəyişikliyə əsasən tütünün, tütün məmulatlarının, onların ləvazimatlarının, eləcə də tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızların, alışqanların reklamı qadağan olunur. Qanuna təklif edilən digər dəyişikliyə əsasən, tütün və tütün məmulatının istehsalı və ya satışı ilə məşğul olan şəxslər reklam haqqında qanunun 13.4-cu və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər.

Qeyd edək ki, “Tütün və tütün məmulatları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi bu qanunun “Reklam haqqında” qanuna uyğunlaşdırılması məqsədilə hazırlanıb.

“Çayçılıq haqqında” qanuna dəyişiklikdə isə bu qanunun 17.3-cü maddəsindəki “Azərbaycan Respublikasının qanunvericiliyinə” sözləri “Reklam haqqında Azərbaycan Respublikasının qanunu” sözləri ilə əvəz edilib.

Hər iki layihə MM-in plenar iclasına tövsiyə edilib.

Etikxeber.az

Read Previous

Kahramanmaraşda da Qarabağ parkı açılacaq

Read Next

Hilal Əsədovun ifadəsi yayıldı: “Eldar Mahmudov dedi ki…” – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir