“Təəssüf ki, xristian həmrəyliyi daha da güclənir” – AZƏRBAYCANLI DEPUTAT

Qənirə Paşayevadan AŞPA-ya sərt ittiham: Dəhşətli ikili standartlar var

AŞPA-da yenə də ikili standartın şahidi olduq: birincisi Rusiyaya Ukraynanın Krım bölgəsini işğal edibsiniz ona görə sizin buradakı səsvermə hüququnuzu əlinizdən almışıq deyənlər, Azərbaycan torpaqlarını işğal etmiş işğalçı Ermənistanın işğalçı prezidentini AŞPA-y dəvət edib,çıxış verdilər.

Etikxeber.az xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib.

“Bu qurum “Rusiyanın Assambleyada təkrar fəaliyyətinə dair qəbul etdiyimiz qətnamələrə əməl etmədən olmaz” – deyən AŞPA-nın 1416 saylı qətnaməsi də daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsini nəzərdə tutan qətnamələrinə əməl etməyən Ermənistanı heç bir şərt irəli sürmədən Assambleyaya dəvət edib, çıxış verir. Həm də işğalçı ölkənin işğal prosesində iştirakını növbəti dəfə də fəxrlə deyən prezidentinə təriflər yağdıraraq. Belə çıxır ki işğal edilən xristian ölkəsi torpağıdırsa onu törədənlərə qarşı sərt mövqe ortaya qoyulur amma işğal edilən müsəlman ölkənin torpağıdırsa işğalçı hətta mükafatlandırılır” – deyən millət vəkilinin sözlərinə görə, budur bu təşkilatdakı növbəti dəfə şahid olunan mənzərə, dəhşətli ikili standartlar:

ganira-aspaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

“Azərbaycan nümayəndə heyətinin bütün üzvləri Sarkisyana sual üçün yazılmışdı və təbii ki, o, çıxışa gəlməzdən öncə siyahını görmüşdü. Çünki suala yazılanların siyahasını hər kəs görə bilir. Ona görə də rəsmi olaraq çıxış və suallara cavab üçün ayrılan 1 saatın yarısını onu ifşa edəcək suallardan qaçmaq qaçmaaq üçün çıxışına ayırdı və çıxışını uzatdı. Prosedur qaydalara görə əvvəlcə AŞPA Qruplarını təmsilçiləri sonra ölkələr üzrə millət vəkillərinin sualları cavablandırılır. Sarkisyan qrup təmsilçilərinin suallarını qəsdən o qədər uzun cavablar verirdi ki millət vəkillərinə sual çatmasın və nəticəsə ölkələr üzrə sadəcə iki millət vəkili sual verə bildi və onlardan ikincisi və sonuncusu nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov oldu. Son dəiqələrdə çatdı zaman Səməd müəllimə. Ona da çata bilməyəcəyindən narahat idik. Səməd müəllim prosedur olaraq hər millət vəkilinin sual verilməsi üçün ayrılan 30 saniyədə əslində Sarkisyanı tamamilə ifşa etdi və Assambleyaya onun əslində nə qədər yalan danışdığını bəyan etmiş oldu. Sarkisyan zamanı niyə uzadırdı bunu hamımız bilirdik, çünki daha çox ifşa olunacağını çox gözəl bilirdi. Nümayəndə heyətimizin üzvləri olaraq Assambleya toplantılarında onun söylədiyi yalanlara geniş cavablarımız olacaq. Amma bu yalanları danışan işğalçı qədər də ona burada çıxış imkanı yaradanları qınayırıq. İşğalçılar arasında fərq qoyulmamalıdır. Bu bir daha insan haqlarından danışan bir təşkilatda müsəlman ölkələrinə, türk ölkələrinə dəhşətli bir ikili standartın olduğunu göstərdi. Biz zaman-zaman Azərbaycana, Türkiyəyə qarşı bunu görürük və bu gün də onlardan biridir. Dövlətimiz və ordumuz inşallah daha da güclənəcək və biz hamımız bunun üçün daha da çox çalışmalıyıq. İşğalçı ölkə prezidentinin bu günkü çıxışı bir daha göstərdi ki onlar sülh yolu ilə torpaqlarımızı işğaldan azad etməyəcəklər heç bir zaman”.

Deputatın bilddirdiyinə görə, torpaqlarımızı hərbi yolla azad etmək gücünü daha da artırmalıyıq:

“Allah dövlətimizə və ordumuza yardımçı olsun. Qarşımızda çox həyasız bir düşmən var. Bu gün işğalçı Sarkisyanın çıxışı bir daha bunu göstərdi. Təəssüf ki, xristian həmrəyliyi də daha da güclənir. Bu faktor da çox ciddi məsələdir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

İlham Əliyev Netanyahu ilə görüşdü

Read Next

“Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı və…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir