Təcavüzkarın adı açıq göstərilməlidir – DEPUTATIN “AVRONEST”-DƏN TƏLƏBİ

“Bütün beynəlxalq təşkilatlar, o cümlədən Avronest PA-da münaqişələrlə bağlı qəbul olunan sənədlərdə təcavüzə məruz qalanla, təcavüzkarın adı açıq göstərilməlidir. Bu ölkələrə fərqli yanaşmalar olmalıdır. Əks halda heç bir münaqişənin ədalətli həllindən söhbət gedə bilməz”.

muxtarrrr

Etikxeber.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı Avronest PA-nın siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitəsinin iclasında “Şərq tərəfdaşlığı ölkələrində təhlükəsizlik məsələləri və Avropa İttifaqının bu çağırışlara cavabı” mövzusunda məruzə ətrafında çıxış edərkən söyləyib.

M.İbrahimqızı bildirib ki, məruzədə Azərbaycanın təcavüzə məruz qalması və Ermənistanın təcavüzkar ölkə olduğu aydın göstərilməlidir.

Deputat bu məsələnin məruzədə əksini tapmasını təklif edib.

Etikxeber.az

Read Previous

15 yaşı tamam olmayanlara şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə rüsum dəyişdirilir

Read Next

Əli Həsənov Volonte barədə Milan məhkəməsinin bəraət qərarını şərh etdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir