“Təcili ingiliscəsi və bu sahəyə uyğun tibb təhsili olan şəxsləri Çinə və Avropa ölkələrinə 2 aylığına təcrübə mübadiləsinə göndərməliyik…”-MİLLƏT VƏKİLİ

Öncələr də vurğulamışdım ki, karantin dövrünün bu kritik durumunda ən əlçatan variantlardan istifadə etmək lazımdır. Türkiyədən 10-12 virusoloq və epidemoloq dəvət etmək, onları prosesin idarə olunmasına cəlb etmək lazımdır. Hər gün də bir-ikisini televiziyaya çıxarıb vəziyyəti təhlil etməsinə imkan yaratmaq məqsədəuyğun olardı. Pandemiya ilə bağlı vəziyyətin mütəxəssislər tərəfindən yönəldilməsinə inam yaratmaq olduqca vacibdir. Bizdə aydın olur ki, bu sahədə nəinki dünya standartlarına, heç yerli standartalar uyğun gələn mütəxəssis problemi var.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Fazil Mustafa deyib.

O, qeyd edib ki, köhnə rus məktəbindən qalanlar da ya dünyasını dəyişiblər, ya da hədsiz yaşlaşıblar. Tibb Universitetinin də tədris metodikası dünya standartlarından çox uzaq olduğuna görə möcüzə gözləməyə heç dəyməz.

“Avropa və ABŞ-da bu sahələr üzrə tələbə də oxutdurmadığımız göz qabağındadır. Təcili ingiliscəsi və bu sahəyə uyğun tibb təhsili olan şəxsləri Çinə və Avropa ölkələrinə 2 aylığına təcrübə mübadiləsinə göndərməliyik. Xarici dil bilgisi zəif olanları Türkiyəyə göndərmək olar. Proses uzandığı təqdirdə yeni təcrübəyə yiyələnmiş yerli mütəxəssislərin meydanda olması faydalı ola bilər. İnanmayanlaqı da qınamaq lazım deyil. COVİD-19 elmlə bağlı məsələdir, bizdə elmə, alimə inanmaq nə zaman olub ki?

Yas yerində bir mollanın söylədiyi cəfəngiyyatın dalınca gedənlər, yaxud da bir dedi-qodunu həqiqət kimi həzm edənlər həmişə çoxluqda olub. Bir çoxlarına desələr ki, COVİD-19-u cinlər göndərib, bu artıq domino masası arxasında, yas yerlərində ciddi müzakirə mövzusuna, geniş diskussiyalara çevrilə bilər. Ona görə də inanmaq istəyənləri, məsuliyyətli insanları düşünərək bu addımları atmaq vacibdir. Bu insanlar mütəxəssis rəyinə olduqca həssasdırlar, söylənilənləri düşüncə süzgəcindən hökmən keçirəcəklər, davranışları ilə başqalarını da şübhələndirməyə başlayacaqlar ki, bəs filankəs ağıllı adamdır, belə davranırsa, demək ki, təhlükə həqiqətən mövcuddur“-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az

Read Previous

“Bu barədə icra başçısını məlumatlandırdım…Camaata hansı yolla olur-olsun, su verilməlidir…”-SABİR RÜSTƏMXANLI

Read Next

“…Və ya Samir Nemətzadənin ruhuna ithaf”-TANINMIŞ JURNALİST YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir