Tədbirlər Planı təsdiqləndi: Muzdlu işçilərə 215 milyon manat həcmində-KOMPENSASİYA VERİLƏCƏK…-YENİLƏNİB – (4)

“Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qərar imzalanıb.

Etikxeber.az  xəbər verir ki, Baş Nazir Əli Əsədovun imzaladığı Qərara əsasən, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı” təsdiq edilib.

Bundan başqa, Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulan icraçı orqan və qurumlar müvafiq tədbirlərin müəyyən olunmuş icra müddətində yerinə yetirilməsini təmin edir və görülmüş işlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə mütəmadi olaraq məlumat verməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

***

Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi (iş yerlərinin azaldılmaması məqsədilə) ayrılan kompensasiyanın məbləği məlum olub.

Bu, məlum “Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, 2020-ci il ərzində pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi  üçün kompensasiya qismində 300 min nəfərə 215 milyon manat həcmində kompensasiya veriləcək. Bu sahədə icraçı qurum İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi müəyyənləşdirilib.

***

Həmçinin, Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara veriləcək maliyyə dəstəyinin həcmi məlum olub.

“Tədbirlər Planı”na əsasən, 2020-ci il ərzində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara (iş yerlərinin azaldılmaması məqsədilə əsas meyar kimi 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş vergi ödəyicilərinə şamil edilməklə) 80 milyon manat maliyyə dəstəyi veriləcək. Maliyyə dəstəyi, 300 min fərdi (mikro) sahibkarı əhatə edəcək. Bu sahədə icraçı qurum İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi müəyyənləşdirib.

***

Eyni zamanda güzəştli ipoteka kreditləri üçün ayrılan vəsaitlərin həcmi artırılacaq.

Bu da “Tədbirlər Planı”nda əksini tapıb. 

Sənədə əsasən, Maliyyə Nazirliyi aprel ayında güzəştli ipoteka kreditləri üçün ayrılan vəsaitlərin həcminin artırılması üçüq 90 milyon manat ayırlmasını təmin etməlidir.

21:29

***

Bununla yanaşı, Koronavirus (COVID-19) pandemiyası ilə bağlı əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan və ölkəyə idxal olunan müvafiq məhsullarla tam və fasiləsiz təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlər açıqlanıb.

“Tədbirlər Planı”na əsasən, 2020-ci il ərzində İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi zəruri hesab edilən məhsullar üzrə idxal rüsumlarının müddətli olaraq “0” dərəcəyə endirilməsi (və ya azaldılması) və zəruri hesab edilən məhsulların idxalı zamanı həyata keçirilən gömrük rəsmiləşdirilməsi, nəzarət və icazələrin (sertifikatların) verilməsi tədbirlərinin növbədənkənar (sürətləndirilmiş) tətbiqini təmin etməlidir.

21:46

***

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri ödəniləcək.

“Tədbirlər Planı”na əsasən, bu məqsədlə 40 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi 2020-ci il ərzində bu tədbirin həyata keçirilməsini təmin etməlidir.

Etikxeber.az

Read Previous

Azərbaycan ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları tam şəkildə dayandırılır-BU GECƏDƏN

Read Next

Fərqlənmə nişanı olan taksi minik avtomobilləri ilə sərnişin daşınmasını təmin edən şəxslərin fəaliyyətinə icazə veriləcək-RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir