Təhlükəsizliyin təmin olunmasına hərbçilər cəlb ediləcək- BÖYÜK BRİTANİYADA

Böyük Britaniyada terror təhlükəsinin səviyyəsi “ciddi”dən “kritik”ə yüksəldilib.

Etikxeber.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın baş naziri Tereza Mey bəyan edib.

“Mançesterdəki terror aktı ilə əlaqədar terror təhlükəsinin səviyyəsinin “ciddi”dən “kritik”ə yüksəldilməsinə dair qərar verilib… Bu o deməkdir ki, terror aktları nəinki mümkündür, hətta qaçılmazdır. Bu o deməkdir ki, bir çox əhəmiyyətli yerlərdə hərbçilər polisləri əvəzləyəcək” – deyə, Mey hökumət üzvlərinin və xüsusi xidmət qurumlarının əməkdaşlarının daxil olduğu KOBRA fövqəladə komitənin iclasından sonra bildirib.

Qeyd edək ki, Mançesterdə konsert zamanı kamikadze-terrorçunun törətdiyi partlayış nəticəsində 22 nəfər ölüb, 120 nəfər yaralanıb. İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Eyni zamanda qeyd edək ki, Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon, terror təhlükəsi səviyyəsi maksimum həddə yüksəldildikdən sonra ölkədə təhlükəsizliyin təmin olunmasına hərbçilərin cəlb edilməsinə razılığını verib.

Etikxeber.az

Read Previous

Deputatlar “Avronest”-də “Metsamor”-un region üçün təhlükə mənbəyi olması məsələsini qaldırdı

Read Next

BAŞ MƏŞQÇİ: “Yalnız qalib gəlmək haqda düşünürdük…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir