Təhsil haqları, ödənişli təhsil məsələsində nəhayət, güzəştə gediləcəkmi?-KAMİL HƏMZƏOĞLU YAZDI

Bəlkə də yeri deyil (yeri deyildir deyəcəklər bəziləri bilib-bilmədən)…

Amma…Pandemiya (və digər problemlər) hər mənada həyatımızı alt-üst etdi və etməkdə də davam edir…Mənəvisindən tutmuş maddisinədək…

32 ilik müharibə də bir tərəfdən…Şükür ki, onu-bəzi problemlər qalsa da, çözə bildik, Zəfər qazandıq…Çox şükürlər olsun!

Amma həyat davam edir və yerində sayan problemlərimiz yenə də yerində saymaqdadır…

190 manat məsələsində olduğu kimi… 600 min məsələsində olduğu kimi…Yersiz qadağalar (xüsusilə, yollarla bağlı) məsələsində olduğu kimi…Kimi, kimi…

Həmçinin, təhsil haqları məsələsində olduğu kimi…Bəli, bu məsələ də ağrılı məsələ olaraq qalmaqdadır…

Nə ali məktəblər, dövləti də, özəli də, ya insaf deyib, güzəştə gedir, sadəcə, yalançı onlayn-distant təhsil adı ilə bu məsələni yola verir, bu məsələdə ancaq öz marağını güdür, nə də dövlət, hökumət bu məsələyə tam bir çözüm tapır…

Bəli, 15 min tələbə iki semestrlik təhsil haqlarından azad olundu…Ancaq bu, ödənişlidə oxuyanların az qala onda-biridir…Bəs qalanlar?

Happy group of students with thumbs up

Deyək ki, qalanların 10-20 faizi də imkanlı ailələrin övladlarıdır…Bəs yerdə qalanlar?

Pandemiya davam etsə, edərsə, yendəmi ancaq həmin 15 min tələbəyə güzəşt ediləcək və o birilər valideynləri ilə birgə yenədəmi taleyin ümidinə buraxılacaqlar???

Kimsə də başlamasın ki, imkan, imkanı yoxdursa, niyə ödənişlidə oxuyur, oxutdurur, oxudurlar???!!!

Ona görə təhsil haqları məsələsində ciddi güzəştlər olmalıdır və hamıya, kimsəyə ayrı-seçkilik qoyulmadan!

Bəli, hər şeyi dövlətin üzərinə yıxmaq olmaz… Özəl sektor, imkanlı şəxslər, iş adamları da əlini daşın altına qoymalıdır, qoysunlar…

Ən azından neçə illərdir dəyərli millət vəkilləri Əli Məsimli ilə Vahid Əhmədov tərəfindən hazırlanan, 4 və 5-ci çağırışlarda qəbulu düyünə düşən “Təhsil kreditləri haqqında” qanun layihəsinin qəbuluna dəstək verməlidirlər, versinlər…

Hər şeyə pul ayırırlar, tapırlar, millətin gələcəyinə də pul ayırsalar, dünya, dünyaları dağılmaz k?!

Həmin sənəd maliyyə-tutumludur və bank sektoru, özəl sektor bu sənədə dəstək verə bilər və verməlidir…Gələcəkdə də hamıdan öncə özləri xeyirini görə bilərlər və görəcəklər…

Amma…Ammalar da bizi yedi, bitirdi…

Bəli, dövləti yükləmək, hər şeyi ondan gözləmək olmaz…

Amma dövləti də dövlət edən onun əşrəfi-insanlarıdır…

İnsanlara da dövlət sevgisi lazımdır-tam və hər mənada!!!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 803 yeni yoluxma-DAHA 30 ÖLÜM…

Read Next

“Ali Baş Komandanın dediyi kimi, kimsə xalqımız təhqir etməyə çalışsa, dərsini elə alacaq ki, 44 günlük müharibə onun yanında yalan olacaq… Həm də Qarabağ bölgəsində cənnət yaradacağıq!”-ELDƏNİZ SƏLİMOVDAN İLİN İLK YAZISI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir