“Təhsil kreditləri haqqında” qanunun qəbuluna çox ciddi ehtiyac var, çünki…” – VAHİD ƏHMƏDOV

“Təhsil kreditləri haqqında” qanun layihəsinin müzakirələrə çıxarılmasına və qəbul olunmasına ciddi ehtiyac var. Cəmiyyət, valideynlər, tələbələr belə bir sənədin qəbulunu çoxdan-səbirsizliklə gözləyirlər. Bu sənədin hazırlanması və qəbulu cəmiyyətin sosial sifarişindən doğub. Odur ki, nəhayət, adıçəkilən qanun layihəsinin parlament müzakirələrinə çıxarılaraq, qəbul olmunması çox vacibdir, bunun zamanı çoxdan çatıb”.

VAHİDDD

Bu fikirləri Etikxeber.az-a açıqlamasında millət vəkili, sabiq birinci vitse-premyer Vahid Əhmədov dilə gətirib.

Sözügedən qanun layihəsini deputat həmkarı Əli Məsimli ilə birgə hazırladığını bir daha xatırladan millət vəkili bildirib ki, bu məsələni dəfələrlə- həm Milli Məclisin (MM) komitə, həm də üzvü olduqları İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclaslarında gündəmə gətiriblər.

“Xatırladım ki, hətta, komitəmizdə bununla bağlı müzakirələr də olmuşdu. Hər kəs bunun vacibliyini dilə gətirmişdi. Ancaq gördüyünüz kimi, hələ də ortada bir nəticə yoxdur. Onu da deyim ki, bir vaxtlar banklar bu qanun layihəsinə qarşı çılxırdılar, daha doğrusu, orada tələbələrə veriləcək kreditlərin faiz dərəcələri ilə və digər bəzi məqamlarla bağlı etirazları vardı, amma qeyd etdiyim kimi, bütövlükdə hər kəs belə bir qanun layihəsinin qəbulunu vacib sayırdı. Çünki doğrudan da, indiki dövrdə və reallıqda belə bir sənədin olması çox lazımlıdır.

vahid_hmdov

Bu gün insanlarımızın, övladları ali təhsil müəssisələrinə daxil olan valideynlərimizin heç də hamısının maddi durumu qənaətbəxş deyil. Onların maddi durumları, güzəranları övladlarına təhsil haqqı ödəməkdə çətinlik yaradır. Bu baxımdan da, çoxları övladlarına təhsil haqqı ödəyə bilmədiyi üçün uşaqları ali məktəblərdə təhsillərini davam etdirə bilmir, təhsillərini yarımçıq qoymaq məcburiyyətində qalırlar. Hətta, elə tələbələr var ki, təhsil haqqını ödəyə bilmədiyi üçün birinci kursa getmədən, təhsillərini dayandırırlar. Bu da nəticə etibari ilə Azərbaycan təhsilinə, elmimizə, onun gələcək inkişafına ciddi mənfi təsir göstərir.

Bizim hazırladığımız və təklif etdiyim qanun layihəsində isə kifayət qədər güzəştli şərtlər, tələbələrin, valideynlərin rahatlıqla kredit götürüb, təhsil haqqı ödəyə bilmələri nəzərdə tutulur. Onu da xatırladm ki, keçmiş təhsil naziri Mikayıl Cabbarovun dövründə bir neçə ali məktəbin iştirakı ilə Fond da yaradıldı. Ancaq hesab edirəm ki, o da bu məsələnin köklü həlli üçün yetərli deyil. Çünki orada elə də böyük miqdarda vəsait yoxdur və ondan tələbələrin çox cüzi qisminin yararlanması mümkündür. Ona görə də bir daha  hesab edirəm ki, artıq bütün bəhanələrə son qoyub, adıçəkilən qanun layihəsini parlamet müzakirələrinə çıxarmaq və qəbul etmək lazımdır. Ən azı 2018-ci ildə bu qanunun qəbulu olduqca vacibdir“-deyə, V. Əhmədov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

“Dövlət dinə, dini icmalara yardım göstərməsə…” – KOMİTƏ SƏDRİ

Read Next

“Azəriqaz” gücləndirilmiş iş rejimində işləyəcək…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir