Təhsil kreditləri məsələsi yenə düyünə düşdü-MÜZAKİRƏLƏRDƏN ÇIXARILDI

İsa HƏBİBBƏYLİ: “Bu yöndə qanun layihəsi növbəti illərə qaldı”

Eyni zamanda, Ali təhsillə bağlı qanun layihəsi yaz sessiyasına saxlanıldı

Təhsil kreditləri ilə bağlı qanun layihəsi yenidən düyünə düşüb.

Belə ki, “Təhsil kreditləri haqqında” qanun layihəsinin hazırlıqlarının sürətləndirilməsi və ən azı ilkin variantda payız sessiyasının sonlarına kimi komitə səviyyəsində müzakirələrdən keçirilməsi gözlənilsə də, son anda sənədin hazırlıq işləri dayandırılıb.

Etikxeber.az-a açıqlamasında akademik, Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bu haqda məlumat verərək bildirib ki, təhsil kreditləri gündəmdə qalsa da, qanun layihəsinin hazırlıqlarının davam etditilməsi dayandırılıb:

“Bu sənədin hazırlıqları və müzakirələri növbəti illərə qaldı”.

“Ali təhsil haqqında” qanun layihəsinin də payız sessiyasında birinci oxunuşda müzakirəsi baş tutmayacaq.

Komitəsi sədri bunu qanun layihəsilə bağlı yeni sənədlərin, təkliflərin müvafiq İşçi Qrupuna və komitəyə daxil olması ilə əlaqələndirib.

“Ali təhsillə də bağlı qanun layihəsinin plenar iclasda birinci oxunuşda müzakirəsi hələlik alınmayacaq. Çünki qanun layihəsinin hazırlanması üzrə İşçi Qrupuna və komitimizə xeyli yeni sənədlər daxil olmaqdadır. Odur ki, qanun layihəsinin bir daha təkmilləşdirilməsinə ehtiyac var. Dekabr ayında həm İşçi Qrupunda, həm də komitəmizdə müzakirələr aparacağıq, ancaq sənədi plenar iclasa tövsiyə etməyəcəyik. Qanun layihəsi üzərində işləri yaz sessiyasına qədər də davam etdirəcəyik və çox güman ki, onu gələn ilin yaz sessiyasında bir daha komitəmizdə müzakirədən keçirib, plenar iclasa tövsiyə edəcəyik. Hələlik tələsmək istəmirik, işləri davam etdiririk”-deyə, İ. Həbibbəyli sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“BDU-nun adı onun qurucusuna qaytarılacaq…” – “MÜSAVAT” BAŞQANI

Read Next

“Məktəbimiz öz imicini qoruyub saxlayıb…” – DEPUTAT TƏHSİL ALDIĞI LİSEYİN 50 İLLİYİNDƏN YAZDI – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir