Təhsil müəssisələrinə təhsil proqramlarının ödənişli əsaslarla təşkili səlahiyyəti veriləcək?!

Azərbaycanda ümumtəhsil müəssisələrinə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının ödənişli əsaslarla təşkil edilməsi səlahiyyəti verilir. 
 
Etikxeber.az  məlumat verir ki, bununla bağlı “Təhsil haqqında” qanunun 19-cu maddəsinə dəyişiklik edilir.

Maddənin 18-ci bəndinə əsasən, tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur.

Əlavəyə əsasən isə dövlət təhsil müəssisələri dövlət standartlarından əlavə tədris beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququna malikdirlər.
Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Neftin qiymətini büdcədə 55 dollar həcmində götürmək olar – ƏLİ MƏSİMLİ

Read Next

Nazirliklə, yeni rəhbərliklə əlaqəli şəkildə əməkdaşlığa çalışacağıq – HADİ RƏCƏBLİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir