Təhsil müəssisələrində maskadan istifadə məcburi olmayacaq-İDMAN ZALLARI, KİTABXANALAR İŞLƏMƏYƏCƏK, NƏZARƏT FUNKSİYASINI YERİNƏ YETİRƏN MƏSUL ŞƏXSLƏR OLACAQ – RƏSMİ

Təhsil müəssisələrində tibbi maskadan istifadə məcburi olmayacaq. 

Etikxeber.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən xüsusi karantin rejimi dövründə təhsilalanlara dair tələblərdə bildirilib.

Qaydalarda qeyd edilib ki, xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində  təhsilalanların məktəbəqədər və ümumi təhsil müəssisələrində, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində maskadan istifadəsi onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin seçiminə verilir.

Həmçinin, xüsusi karantin rejimi dövründə məktəblərdə idman zalları və kitabxanalardan istifadə etmək mümkün olmayacaq. 

Qaydalarda qeyd edilib ki, xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində  xüsusi karantin rejimi dövründə idman və akt zallarından, kitabxana və hovuzdan istifadə dayandırılır.

Bununla belə, bu Qaydaların tələblərinə əməl edilməsinə nəzarət müəssisənin rəhbərində saxlanılmaqla təhsil müəssisələrində operativ nəzarət üzrə məsul şəxs (şəxslər) təyin olunur.   

Operativ nəzarət üzrə məsul şəxs (şəxslər) COVID-19- a yoluxma hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin təşkili, yoluxma hallarının effektiv idarə olunması, tədris və təlim-tərbiyə prosesinin iştirakçılarına bu cür hallarla bağlı təsirlərin minimuma endirilməsi üçün məsuldur.  

Operativ nəzarət üzrə məsul şəxs (şəxslər) COVID-19- la mübarizə ilə bağlı məlumatlandırıcı və xəbərdaredici materialların tədris və təlim-tərbiyə prosesinin iştirakçılarına çatdırılmasını təmin edir.

Operativ nəzarət üzrə məsul şəxs (şəxslər) təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq qeydiyyatının aparılması üçün gündəlik (müntəzəm) nəzarət formalarını və keyfiyyətə nəzarət cədvəllərini tərtib edir, həmçinin onların icrasına nəzarət edir.

Etikxeber.az

Read Previous

“Ayasofyanın məscid kimi fəaliyyətini bərpa etməsi Türkiyənin güclü iradəsinin və Türk millətinin yenilməz əzminin təcəssümüdür”-DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ İLK DƏFƏ BU MƏSƏLƏDƏN DANIŞDI

Read Next

“Dini etiqad azadlığı haqqında” qanunla bağlı təkliflər müzakirə mərhələsindədir”-MÜBARİZ QURBANLI – (ÖZƏL) – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir