Təhsil saytında abituriyentlərə psixoloji dəstək

 

Artıq ali məktəblərə qəbul prosesinin əsas hissəsi yekunlaşıb.

Nəticədə 42 mindən çox gənc tələbə adını qazanıb. Dövlət İmtahan Mərkəzi imtahanların başlanmasını elan etdiyi dövrdən indiyədək abituriyrntlərin psixoloji problemlərinə kömək edən layihə icra olunub.

Etikxeber.az xəbər verir ki, psixoloji yardımın həm imtahan ərəfəsi, həm də imtahanlardan öncə göstərilməsi çox önəmlidir.

Çünki abituriyentlərin ən böyük problemi və biliklərini tam şəkildə ortaya qoymalarına mane olan məqam imtahan həyəcanıdır. İmtahandan sonra isə pis nəticə göstərən abituriyentlərdən bəziləri ciddi problem yaşayır.

Bununla bağlı Parlament (Tərəfsiz) Jurnalistləri İctimai Birliyi imtahan öncəsi abituriyentlərin  online psixoloji yardım almasına imkan yaradan layihəni icra edib. Lakin Azərbaycanda uşaqlarını imtahanlara hazırlaşdıran valideynlərin xərcləri ağır olduğundan, kifayət qədər bahalı xidmət olan psixoloq yardımından istifadə etmirlər. Yəni, psixoloji yardım heç də hamı üçün əlçatan olmur.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən “Yeni sistemlə imtahan verəcək abituriyentlər üçün təhsil saytında onlayn psixoloji yardım xidmətinin təşkili” layihəsi çərçivəsində builki məzunlara yardım göstərilib.  Layihənin məqsədi ali məktəbə hazırlaşanlara psixoloji yardımın göstərilməsini, mənəvi baxımdan imtahanlara, onları qarşıda gözləyən sınaqlara  hazırlaşmaqda köməklik göstərilməsini təmin etməkdən ibarət idi.

Layihə çərçivəsində AzEdu.az təhsil saytı üzərindən onlayn xidmət formasında psixoloji yardım xidməti təşkil olunub. Bu məqsədlə saytda “Psixoloq məsləhəti” bölməsi yaradılıb. Burada sayt istifadəçilərinin sualları cavablandırılıb. Bundan əlavə, psixoloqla abituriyentlər üçün ən mühüm məsləhətləri özündə əks etdirən 14 video müsahibə hazırlanaraq saytda yerləşdirilib.

Həmçinin, imtahan ərəfəsindəki aylar boyunca yeni tip qəbul imtahanlarındakı dəyişikliklər, gözlənilən yeniliklər, abituriyentlərin narahat edən məsələlər barədə silsilə yazı və müsahibələrin dərc olunub.

Etikxeber.az

 

Read Previous

Zəlzələ “növbəsi” Zaqatalaya çatdı…

Read Next

Dənizdə batan 4 uşağın şəxsiyyəti müəyyənləşdi – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir