“Təkcə, ölkə daxilindəmi?”-EKS-DEPUTAT YAZIR

Bu gün Azərbaycan daha bir qlobal təhlükəni adlayaraq inamla özünün inkişaf yolu ilə irəliləməkdədir.

Prezident İlham Əliyevin müdrikliyi və uzaqgörənliyinin nəticəsində ölkəmiz pandemiyadan itkiləri minimuma endirib və hazırda həyatın axarını bərpa edib. Pandemiya qlobal risk olmaqla yanaşı, dünyada yeni fundamental dəyişiklikləri də üzə çıxardı.

Səhiyyə və sosial-iqtisadi sahələrdə ölkələrin imkanlarını, hazıqlıq səviyyəsini, atdığı addımları üzə çıxardı. Həmrəylik və yardımlaşma siyasətində hər bir ölkənin obrazını müəyyən etdi. Pandemiya dövründə həm insanlar, həm də ölkələr özünün əsl simasını üzə çıxardı.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bəyan etdiyi maraqlı bir fraza var, “səhiyyə sahəsində büdcələri milyardlarla ölçülən, nəhəng elmi intellektual potensiala, qabaqcıl texnologiyalara malik ən inkişaf etmiş ölkələr belə, epidemiyanın yayılmasının qarşısını ala bilmədilər”. Elə ölkələr oldu ki, bu müharibəyə təslim oldu.

Azərbaycan Prezidentin xüsusi uzaqgörənliyi və müdrik qərarları sayəsində ölkəmiz hadisələrin gedişini diqqətlə izləyərək riskləri minimallaşdırdı. Azərbaycan Prezidenti çox düzgün istiqamətdə addımlar atdı, bütün zəruri işləri uğurla həyata keçirdi.

Təkcə, ölkə daxilindəmi? Böyük fransız filosofu Blez Paskal deyirdi ki, insan özü nə qədər xeyirxah və ağıllı olsa, insanlardakı xeyirxahlıqları da bir o qədər çox görər. Prezident İlham Əliyev bu qlobal müharibədə ayrı-seçkilik etmədən bütün ölkələrə ən zəruri köməklikləri etdi.

Daxili məsələlərdə olduğu kimi problemə geniş qlobal konteksdən yanaşaraq xarici dövlətlərin vəziyyəti ilə maraqlandı, bəşəriyyətin durumundan narahatlığını ifadə etdi, insanpərvərliyini nümayiş etdirdi, 13-dən artıq ölkəyə əl uzatdı, beynəlxalq təşkilatların rəhbərləri ilə problemlərin çözülməsində dost, qardaş köməyini əsirgəmədi.

Cənab Prezidentin ötən gün Azərbaycan Televiziyasının əməkdaşlarının bu mövzuda suallarını cavablandırarkən vurğuladığı kimi “xarici ölkələrə yardım etmək apardığımız siyasətin tərkib hissəsidir. Biz həmişə əməkdaşlığa üstünlük vermişik və bunun faydasını görmüşük. Harada imkanımız olub, əgər imkanımız olubsa, kömək etməyə çalışmışıq və etmişik. Bizim bir neçə önəmli transmilli layihəmiz məhz bu prinsip əsasında qurulub və uğur da məhz bu prinsip əsasında qazanılır. Ona görə xarici siyasətdə qarşılıqlı dəstək sözdə yox, əməldə olmalıdır, həmrəylik əməldə olmalıdır”.

Azərbaycan Prezidentinin bu humanizmi milli kökdən, adət-ənənələrimizdən qaynaqlanaraq dünyada xoş bir davranış nümunəsi kimi yadda qalmaqdadır.

“Çətin gündə kimin imkanı varsa, kömək etməlidir, həyatda da, siyasətdə də. Bu, bizim, adət-ənənələrimizə də uyğundur. Bunu mənəvi borc bilərək etmişik, o ölkələrə ki, onlar bizə müraciət edib. Biz bilirik, o ölkələrin maliyyə vəziyyəti imkan vermir ki, onlar lazımi tədbirləri görsün. Əminəm ki, bu yardım bir çox insanın həyatını xilas etdi. Əsas məsələ budur. Beləliklə, 13 ölkəyə artıq yardım göstərilib, o cümlədən üç beynəlxalq təşkilata yardım göstərilibdir. Bu, bir daha bizim məsuliyyətimizi göstərir”.

Azərbaycanın Prezidentinin yürütdüyü xoşməramlı siyasəti bütün ölkələr alqışlayır. Dünyanın ən nüfuzlu təşkilatların rəhbərləri, dövlətlərin başçıları Azərbaycan Prezidentinin bu təşəbbüskar Liderliyini etiraf edir, həyata keçirdiyi xüsusi təşkilatçılığın dünyada tətbiq olunmasını tövsiyə edir.

Prezidentin özünün qeyd etdiyi kimi, “Ümumdünya Səhiyyə Təşkilatı bizim bu sahədə gördüyümüz işləri yüksək qiymətləndirir və Azərbaycanı nümunəvi ölkə adlandırır. Biz indi iki təşkilata sədrlik edirik və bu iki təşkilatın Zirvə görüşünü keçirmişik – Türk Şurası və Qoşulmama Hərəkatı və ən yüksək səviyyədə. Qoşulmama Hərəkatının və Türk Şurasının yekun bəyannaməsində Azərbaycanın xüsusi rolu qeyd olundu. Biz hər bir işə çox məsuliyyətlə yanaşırıq və bizim sədrliyimiz formal xarakter daşımamalıdır və daşımır”.

Vaqif ABDULLAYEV,

Sabiq deputat, siyasət elmləri doktoru

Etikxeber.az

Read Previous

“Dövlət biznesin arxasındadır və ondan gözləntiləri çoxdur…”-MİLLƏT VƏKİLİ

Read Next

Qarmaqarışıq…-KAMİL HƏMZƏOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir