Təkrar prezident seçkilərində Aleksander Van der Bellen qələbə qazanıb

Dekabrın 4-də Avstriyada keçirilən təkrar prezident seçkilərində Yaşıllar partiyasının keçmiş rəhbəri, müstəqil namizəd Aleksander Van der Bellen qələbə qazanıb.

Etikxeber.az xəbər verir ki, yerli vaxtla saat 17.00-da bütün seçki məntəqələri bağlandıqdan sonra ilkin nəticələr elan edilib. İlkin nəticələrə görə, Aleksander Van der Bellen 53,4 faiz səs toplayıb. 65,3 faiz səs artıq sayılıb və A. Van der Bellen ölkənin bir çox əyalətlərində rəqibi – sağçı-radikal Avstriya Azadlıq Partiyasının namizədi Norbert Hoferdən (46,6 faiz) öndədir. Buna görə də analitiklər məktubla səs vermiş seçicilərin rəyinin yekun nəticəyə ciddi təsir etməyəcəyini bildiriblər.

Etikxeber.az

Read Previous

ABŞ-da gecə klubunda yanğın nəticəsində ölənlərin sayı 33-ə çatdı

Read Next

Toyu vaya döndərdilər – QƏTL

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir