“Tərəfləri münaqişənin sülh yolu ilə həllini tapmağa, mülki şəxslərin təhlükəsizliyini və müdafiəsini təmin etməyə çağırıram”-AŞPA PREZİDENTİ SAHİBƏ QAFAROVANIN MÜRACİƏTİNƏ CAVAB VERDİ

Avropa Şurası Parlament Assambleyasının prezident Rik Daems Milli Məclisin sədri Sahibə Qafarovanın Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətməsi ilə bağlı müraciət məktubuna cavab göndərib. 

Milli Məclisin (MM) Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Etikxeber.az-a verilən məlumata görə, AŞPA prezidenti bildirib ki, bu məsələ AŞPA-nın müvafiq komitələrinin diqqətinə çatdırılıb.

O, komitələrin yaranmış vəziyyəti yaxından izlədiyinə inandığını bildirib. 

AŞPA prezidenti Rik Daemsin MM sədri Sahibə Qafarovaya ünvanladığı məktubunda bildirilir ki, AŞPA tərəfləri gərginlik yaradan və münaqişəni dərinləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırır. 

AŞPA prezidentinin məktubunda daha sonra qeyd edilir: 

“Tərəfləri ATƏT-in Minsk Qrupu həmsədrləri ilə əməkdaşlığa davam etməyə, münaqişənin sülh yolu ilə həllini tapmağa, mülki şəxslərin təhlükəsizliyini və müdafiəsini təmin etməyə çağırıram”.

Etikxeber.az

Read Previous

“Hərb meydanında, siyasət meydanında olduğu kimi, diplomatiya cəbhəsində də cavablarımız kəskin, birmənalı, sarsıdıcı, məhvedici olmalıdır”-MİLLƏT VƏKİLİ SON TƏYİNATDAN DANIŞDI

Read Next

“Həm susuzluq, həm cəbhədə baş verənlər insanlarda onsuz da gərginlik yaradıb, lakin…”-BƏHRUZ MƏHƏRRƏMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir