Tərtərdə çoxmənzilli binaların əsaslı təmirinə və abadlıq-quruculuq işlərinə 3 milyon ayrıldı

Prezident İlham Əliyev noyabrın 29-da “Tərtər şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, Tərtər şəhərində 20 çoxmənzilli binanın əsaslı təmirinə başlanılması və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Tərtər Rayon İcra Hakimiyyətinə 3 milyon manat, o cümlədən 20 çoxmənzilli binanın əsaslı təmiri üçün 1,5 milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1,5 milyon manat ayrılıb.

Etikxeber.az

Read Previous

“Dünyanın məşhur muzeylərində Azərbaycanın qədim metalişləmə sənətinin köklərindən xəbər verən qiymətli əsərlər saxlanılır…” – AKADEMİK – FOTO

Read Next

Ərdoğan-Kılıcdaroğlu “dava”sı böyüyür: “…BƏLA OLMAQDAN GIX GET”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir