“Təxribat törədən düşmən layiqli cavabını aldı…”-TOVUZUN DEPUTATI DANIŞDI VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏT ETDİ – YENİLƏNİB

Tovuz rayonu istiqamətində işğalçı Ermənistan silahlı qüvvələri geri otuzduruldu. Təxribat törədən düşmən layiqli cavabını aldı.

Etikxeber.az-ın xəbərinə görə, bunu Tovuzun deputatlarından biri-parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

“Şəhid olan qardaşlarımıza Allahdan rəhmət,yaralılara acil şəfalar diləyirik. Allah ölkəmizi və ordumuzu qorusun!”-deyə, o, sonra qeyd edib.

18:02

***

Q.Paşayeva baş verənlərlə bağlı müraciət yayıb.

Müraciətdə deyilir:

“Əziz seçicilər,hörmətli vətəndaşlar, çoxsaylı suallarınızı, narahatçılığınızı anlayır, buna görə də, parlamentdə təmsil etdiyim Tovuz rayonunda öncəbhədə baş verənlərlə bağlı fikirlərimi, qənaətlərimi sizinlə bölüşmək istəyirəm.İlk növbədə onu deyim ki, hadisə düşmən təxribatı ilə başlayıb, atəşkəs rejimi Ermənistan silahlı qüvvələri tərəfindən pozulub və hərbçilərimiz bu təxribata layiqli cavab verərək, düşməni geri oturdub.

Rəsmi məlumata görə, bizim iki əsgərimiz şəhid olub, beş yaralımız var. Şəhidlərimizə ulu Tanrıdan rəhmət diləyir, doğmalarına, döyüş yoldaşlarına, ordu mənsublarımıza və bütövlükdə xalqımıza başsağlığı verir, yaralılarımıza acil şəfalar diləyirəm! Hadisə baş verdiyi andan, rayon rəhbərliyi, Müdafiə Nazirliyi rəsmləri, digər əlaqədar qurum və quruluşlarla, yerli sakinlərimizlə daimi əlaqədəyik və bir daha vurğulayım ki, vəziyyət ordumuzun tam nəzarəti altındadır. Əlbəttə, həmişə olduğu kimi, düşmən, informasiya cəbhəsində də təxribatlarla məşğuldur.

Sizlərin hər birini tam məsuliyyətlə əmin etmək istərdim ki, düşmənə ağır zərbə vurulub və yəqin ki, aldıqları cavab zərbəsini hələ uzun müddət unuda bilməyəcəklər.Hazırki dönəmdə, ATƏT-in Minsk Qrupu, özəlliklə, həmsədr ölkələr Ermənistanın təxribatlarına rəsmi münasibət bildirməli, işğalçı ölkənin atəşkəsi pozmaq cəhdlərini qınamalıdır. Nəzərə alsaq ki indi dünya birliyi koronavirusla mübarizə aparır, Ermənistan rəhbərliyinin öz tərcümeyi-halına, xislətinə uyğun şəkildə belə bir məqamı fürsət bilib, yeni ərazilər əldə etmə cəhdi beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət almalıdır. Hadisələrin bütün məsuliyyəti Ermənistan tərəfinin üzərindədir.

Biz ATƏT-in Minsk qrupu həmsədrlərini, beynəlxalq təşkilatları işğalçı Ermənistanın təxribatlarına sərt reaksiya verməyə çağırırıq. İkili standartlara son qoysunlar! Bir daha, şəhidlərimizə Tanrıdan rəhmət, yaralı hərbçilərimizə şəfalar dilərkən, əhalimizi şayiələrə uymamağa, yalnız rəsmi qurumlarımızın verdiyi məlumatlara etibar etməyə çağırıram. Tovuzda insanlarımız ordumuzun yanındadır.Dualarımız hər an onlarladır. Sabah səhər karantin qaydalarına əməl etməklə insanlarımızla görüşəcəyik, şəhidlərimizin ailəsinə başsağlığı verib qəhrəman evladlar böyütdüyünüz üçün qarşınızda baş əyirik deyəcəyik. Nur içində yatsınlar. Şəhidlər ölmürlər. Onları hər zaman sevgi və rəhmətlə anacağıq. Yaralılarımız üçün dualarınızı əksik etməyin.

Allah onları qorusun!”

Etikxeber.az

Read Previous

“Onların qanı yerdə qalmayacaq və qalmır…”-MÜBARİZ QURBANLI

Read Next

“Azərbaycan Ordusu, igid və qəhrəman oğullarımız düşmən qarşısında geri çəkilə bilməzdilər və çəkilmədilər…Düşmənə layiqli cavabını verməliydilər və verdilər…”-JALƏ ƏLİYEVA DÜNYA BİRLİYİNƏ, MİNSK QRUPUNA SƏSLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir