Tac Mahal çirklənir və rəngini dəyişir

Dünyanın 7 möcüzəsindən biri olan Tac Mahalın rəngi dəyişir.
 
Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, buna səbəb hava çirklənməsidir.
Belə ki, 17-ci əsrdə tikilən Tac Mahal ətrafındakı gölün həddindən artıq çirklənməsi və eyni zamanda, bu ərazidə xeyli sayda zavod və fabrikin  olması bu möhtəşəm memarlıq incisinin rəngini dəyişməkdə, onu çirkləndirməkdədir.
tac-mahalll
Bununla bağlı isə Hindistanın Ali Məhkəməsi artıq  həyəcan siqnalı çalıb.
O, bu məsələdə köməklik göstərilməsi üçün Hindistan hökumətini dünya ictimaiyyətindən və beynəlxalq qurumlardan yardım istəməyə çağırıb.
Qeyd edək ki, Hindistan dünyanın ekoloji cəhətdən 20 ən  çirkli  ölkəsindən biridir və bu sıralamada 13-cü yeri tutur.
Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Fuad Poladov dəfn olundu – YENİLƏNİB – (1)

Read Next

FUAD POLADOVUN SON ROLU – Akademik yazdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir