Tacikistan-Qırğızıstan sərhəddində növbəti qanlı toqquşma: 1 ÖLÜ, ƏN AZI 20 YARALI – FOTO

Ötən gecə Tacikistan-Qırğızıstan sərhədindəki iki kənd arasında baş verən qarşıdurma nəticəsində bir tacik sakin odlu silahla qətlə yetirilib, hər iki tərəfdən 20-dən çox insan yaralanıb.

Etikxeber.az xəbər verir ki, insident Qırğızıstanın Batken vilayətinin Ak-Saya və Tacikistanın İsfarin rayonunun Tacikon kəndlərinin əhalisi arasında baş verib.

Bu ərazidə hələ ki, dövlətlər arasında delimitasiya işləri aparılmadığından kəndlərin əhalisi arasında əkin və otlaq sahələri ilə bağlı tez-tez qarşıdurma baş verir.

Xatırladırıq ki, Tacikistanla Qırğızıstan arasında dövlət sərhədi 976 kilometrdir ki, indiyədək bunun 504 kilometri delimitasiya edilib.

Etikxeber.az

Read Previous

10 məsələ və 10 təklif – MİLLƏT VƏKİLİ BİR-BİR SADALADI…

Read Next

Peşə məktəblərində təhsil alanların say həddi müəyyənləşdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir