Taekvando millimiz Kanadadakı dünya birinciliyində 14 idmançı ilə təmsil olunacaq

Azərbaycanın gənclərdən ibarət taekvando üzrə millisi noyabrın 16-20-da Kanadanın Burnabı şəhərində təşkil ediləcək dünya birinciliyində iştirak edəcək.

Etikxeber.az xəbər verir ki, 102 ölkədən 846 taekvandoçunun mübarizə aparacağı yarışda millimiz səkkiz oğlan və altı qız idmançı ilə təmsil olunacaq.

Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov dünya birinciliyinə qatılacaq heyətə Ayaz Qəmbərli (45 kq), Cavid Məmmədov (48 kq), Bəhruz Quluzadə (51 kq), Qaşım Maqomedov (55 kq), Əli Məmmədov (59 kq), Nicat Musayev (63 kq), Əliəsgər Əliyev (68 kq) və Mert Çiçeyi (73 kq), qızlardan isə Mehriban Məmmədova (42 kq), Aliyə Zeynalova (44 kq), Nərgiz Mirzəyeva (46 kq), Sevda Pirseyidova (49 kq), Leyla Məmmədova (52 kq) və Diana Hacıəliyevanı (55 kq) daxil edib.

Dörd gün davam edəcək birincilik Burnabi şəhərinin “Bill Copeland” idman arenasında keçiriləcək.

Azərbaycan Taekvando Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Kanadaya yollanmış komandamız noyabrın 21-də Vətənə qayıdacaq.

Etikxeber.az

Read Previous

Sabah yağış yağacağı gözlənilir

Read Next

Bəzi çaylarda suyun səviyyəsi 2-3 santimetrədək artıb – Nazirlik

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir