Taekvandoçularımız komandalararası dünya çempionatında yarımfinala yüksəldi- FOTOLAR

Dekabrın 12-də Bakıda taekvando üzrə komandalararası dünya çempionatına start verilib.

Etikxeber.az xəbər verir ki, “Sərhədçi” Olimpiya İdman Mərkəzində iki gün davam edəcək yarışda həm kişilər və həm də qadın taekvandoçular iki qrupda mübarizə aparacaqlar.

Kişilərin mübarizəsində Məhəmməd Məmmədov (-63 kq), Ayxan Tağızadə, Sina Bahrami (hər ikisi -68 kq), Səid Quliyev (-74 kq), Milad Beigi Harçeqani (-80 kq) və Radik İsayev (+87 kq) güclərini sınayacaqlar.

Qadınlardan ibarət komandanın heyətində Azərbaycanı Safiye Polat (-49 kq), Zeyvi Kərimova və Gülhanım Yeşildal ( hər ikisi -57 kq), Yaprak Eriş (-62 kq), Melissa Paqnotta (-67 kq), Reşmiye Ooqink (-73 kq) təmsil edəcəklər.

Kişi komandaların mübarizəsində “A” qrupunda İran, Rusiya, Koreya Respublikası və Türkiyə, “B” qrupunda isə Azərbaycan, Belçika və ABŞ yer alıb.

Qadın komandaların yarışında isə “A” qrupunda Çin, Rusiya, İtaliya və Fransa, “B” qrupunda Azərbaycan, ABŞ, Koreya Respublikası və Türkiyə qərarlaşıb.

Bu gün yalnız qrup görüşləri baş tutacaq. Yarımfinal və final mərhələsi dekabrın 13-də keçiriləcək.

Kişilərin yarışında iştirakçıların ümumi çəkisi 373 kiloqramdan artıq olmamalıdır. Qadınlarda bu məhdudiyyət 318 kiloqramdır.

Azərbaycanı bu dünya çempionatında beynəlxalq dərəcəli hakimlər Elşən Quliyev, Oh Kvanq Çeol və Elşad Məmmədov təmsil edirlər.

Dünya çempionatı “G2” kateqoriyalı yarış olduğundan, qalib komandanın hər bir üzvünün aktivinə 20 reytinq xalı əlavə olunacaq. Gümüş mükafatçılar 12, bürünc mükafatçılar isə 7.2 xal əldə edəcəklər.

Sonuncu turnirin qalibi olan Azərbaycan milli komandası bu dəfə dünya çempionu titulunu qorumaq uğrunda mübarizə aparır.

***

Azərbaycanın kişi və qadın taekvondoçulardan ibarət milli komandası çempionata qələbə ilə başlayıb. Kişi idmançılarımız Belçika millisinə (27:8) qalib gəliblər. Qadın taekvondoçularımız isə ABŞ yığmasını böyük üstünlüklə (11:6) məğlub ediblər.

Kişilərdən ibarət millimizin qrupunda üç komanda mübarizə apardığı üçün bu qələbə idmançılarımızın yarımfinala yüksəlməsini təmin edib. Komandamız növbəti qarşılaşmasını ABŞ yığmasına qarşı keçirəcək. Baş məşqçi Reza Mehmandostun yetirmələri bu deuldən də qalib ayrılarsa, qrup birincisi kimi mərhələ adlayacaqlar.

Dünya çempionatında debüt edən qadın idmançılarımızdan ibarət heyət isə “B” qrupunda ilk turu uğurla başa vurub. İkinci turda Koreya Respublikasından olan taekvandoçularla üz-üzə gələcək komandamız üçüncü görüşdə qardaş Türkiyə idmançıları ilə qüvvəsini sınayacaq.

***

Kişi taekvandoçularımız ikinci turda ABŞ millisi üzərində böyük hesablı qələbə qazanıblar. Bu görüşdə hər komandadan beş idmançı dayanq üzərinə çıxıb. Komandamız ABŞ yığmasını 42:4 hesabı ilə məğlubiyyətə uğradıblar. Bu göstərici ilə taekvandoçularımız qrup birincisi kimi turnirin yarımfinal mərhələsində iştirak hüququ əldə ediblər.

taek-12

Etikxeber.az

Read Previous

Dollar sabit qalıb, avro isə nisbətən ucuzlaşıb-MƏZƏNNƏ

Read Next

Nazir: “Münaqişənin substantiv danışıqlar yolu ilə həllində səyləri davam etdirəcəyik”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir