Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Dekabrın 9-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində taekvando üzrə Qran-pri yarışının final mərhələsinə start verilib.
Etikxeber.az xəbər verir ki, iki gün davam edəcək turnirin ilk günündə Azərbaycan yığma komandasının iki üzvü mübarizəyə qoşulacaq. “Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Milad Beigi Harçeqaninin (80 kq) ilk mərhələdə – səkkizdəbir finalda rəqibi avstraliyalı Hayder Şkara olacaq.
Millimizin gənc üzvü Roman Samodurov (58 kq) isə çəkisində reytinq cədvəlində ilk pillədə yer alan Koreya Respublikasının təmsilçisi Tae-hun Kim ilə döyüşəcək.
Yarışın ikinci günündə millimizin heyətində Yaprak Eriş (57 kq), Ayxan Tağızadə (68 kq) və Radik İsayev (80 kq-dan yuxarı) mükafatlar uğrunda yarışacaqlar.
Yarışda hər çəki dərəcəsi üzrə Dünya Taekvando Federasiyasının (DTF) Olimpiya reytinqində qərarlaşan ən güclü 16 idmançı mübarizə aparır.
Turnirdə 47 ölkədən 128 taekvandoçu qüvvəsini sınayır. Onların arasında “Rio-2016”nın və bir sıra turnirlərin medalçıları da yer alır. Yarış DTF-nin 45 hakiminə həvalə olunub. Azərbaycanı beynəlxalq dərəcəli hakimlər Elşən Quliyev, Oh Kvang Çeol və Elşad Məmmədov təmsil edirlər.
“G8” kateqoriyalı turnirdə qızıl medal qazanan taekvandoçunun reytinqinə 80 xal əlavə olunacaq. İkinci yerin sahibi 48, bürünc mükafatçı 28,8 xal qazanacaq.
Yarışın qaydalarına əsasən, birinci, ikinci və üçüncü yerin sahiblərinə müvafiq olaraq 6 min, 3 min və min ABŞ dolları məbləğində pul mükafatı nəzərdə tutulub.
***
Taekvandoçumuz Milad Beigi Harçeqani beynəlxalq turnirə qələbə ilə başlayıb. Səkkizdəbir finalda avstriyalı Hayder Şkaranı tam üstünlüklə məğlub edən M.Harçeqani növbəti mərhələdə Heyeon-Vu Kim (Koreya Respublikası) ilə qarşılaşacaq.
***
Yarımfinalda meksikalı Rene Lizarraqa ilə üz-üzə gələn taekvandoçumuz Milad Beigi Harçeqani bu döyüşdə də rəqibinə şans verməyib. Çıxışını vaxtından əvvəl qalibiyyətlə tamamlayan idmançımız finala adlayıb.
***
İdmançımız həlledici görüşdə də misirli Seif Eissaya göz açmağa imkan verməyib. Azərbaycan taekvonduçusu bu dəfə də vaxtından əvvəl qələbəyə sevinib. 3-cü raundun əvvəlində hesabı 12:0-a çatdıran Harçeqani Qran-pri turnirinin qalibi olub.
Etikxeber.az