Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ölkə Prezidenti İlham Əliyev Tağı Əhmədovun 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Etikxeber.az xəbər verir ki, Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və nəqliyyat sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Tağı Məhəmməd oğlu Əhmədov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.
Qeyd edək ki, T. Əhmədov hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Yasamal rayon təşkilatının sədri və adıçəkilən təşkilatın himninin sözlərinin müəllifidir.
O, uzun illər Bakı Metropoliteninin rəisi vəzifəsində işləyib.
Etikxeber.az