Tağı Əhmədov 70 yaşında “Əmək”li oldu… – SƏRƏNCAM

Ölkə Prezidenti İlham Əliyev Tağı Əhmədovun 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: 

taqi

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və nəqliyyat sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Tağı Məhəmməd oğlu Əhmədov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, T. Əhmədov hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Yasamal rayon təşkilatının sədri  və adıçəkilən təşkilatın himninin sözlərinin müəllifidir.

O, uzun illər Bakı Metropoliteninin rəisi vəzifəsində işləyib.

Etikxeber.az

Read Previous

“Bu gənclərin əməyini görməmək mümkün deyil…” – DEPUTAT

Read Next

69 yaşında ata olan PREZİDENT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir