Tahir Kərimli məmurlardan şikayətləndi…

“Deputatlar məmurlarla əlaqə saxlamaqda əziyyət çəkir”
Etikxeber.az  xəbər verir ki, millət vəkili Tahir Kərimli Milli Məclisin (MM)  İnsan hüquqları komitəsinin iclasında məmurları deputatlarla  əlaqə saxlamaqdan qaçmaqda ittiham edib.
Onun sözlərinə görə,  bəzi icra başçısı, nazir, komitə sədri ilə əlaqə yaratmaqda problem olmasa da, ancaq bir çoxları ilə əlaqə yaratmaq mümkün olmur.
“Ən yaxşı hallarda  köməkçiləri ilə əlaqə saxlamaq olur. Biz bu məsələdə əziyyət çəkirik. Axı, bizim məmurlara olan müraciətlərimiz  şəxsi işimizlə bağlı deyil…”- deyə, T.Kərimli vurğulayıb.
T.Kərimli məmurların millət vəkillərinə qarşı sərgilədiyi bu münasibətə son verilməsini də  tələb edib:
“Belə olanda, biz də seçicilər qarşısında  aciz qalırıq.Belə yanaşma olmaz. Buna son verilməlidir. Sonda seçicilər günahı bizdən görür”.
Etikxeber.az

Read Previous

Atçılıq klubu çökdü, 2 nəfər öldü

Read Next

Silahlı Qüvvələrin “İntizam nizamnaməsi” dəyişdirilir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir