Tahir Mirkişili də-ONLAYN İCLAS KEÇİRDİ VƏ…

Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə sözügedən komitənin sədri Tahir Mirkişili məlumat verib.

Komitə sədri bildirib ki, komitə 5 qanun layihəsini plenar iclasa tövsiyə edib. Komitə ölkədə koronavirusla mübarizə sahəsində görülən işləri yüksək dəyərləndirib.

O, vəziyyətin tam nəzarətdə olduğunu deyib: “Ümumiyyətlə, bu virus dünyada yayılandan Azərbaycan öz vətəndaşlarını qorumaq üçün operativ olaraq qabaqlayıcı tədbirlər həyata keçirməyə başladı və bu tədbirlər hazırda da hökumət tərəfindən davam etdirilir. Vəziyyət tam nəzarətdədir”.

Qeyd edək ki, iclasın gündəlikdə olan beş qanuna uyğunlaşma xarakterli dəyişikliklərlə bağlı qərar qəbul edilib. Onlayn müzakirələrin sonunda sənədlərin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi barədə qərar qəbul edilib.

Plenar iclasa tövsiyə olunan qanun layihələri bunlardır:

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. 

“Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (modern.az)

Etikxeber.az

Read Previous

Milli Məclisin iclasları dekabrın 20-nə qədər elektron formada keçiriləcək-KARANTİN MİLLƏT VƏKİLLƏRİNƏ ŞAMİL OLUNMAYACAQ – YENİLƏNİB

Read Next

Koronavirus yenə can aldı-DAHA 29 NƏFƏR YOLUXDU – OPREATİV QƏRARGAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir