Tahir Mirkişili məhkəmə-hüquq islahatlarından danışdı…

Tahir Mirkişili: Sahibkarlar üçün məhkəməyə müraciət etmək hər zaman böyük stress, xərc deməkdir

Hüquq islahatlarının dərinləşdirilməsi sahəsində prezident Ilham Əliyevin imzaladığı fərman günün tələbləri baxımından vacib, zəruri, mütərəqqi addımdır. Fərman məhkəmə-hüquq sistemində ədalət mühakiməsinə verilən vacib töhfə olduğu kimi, sahibkarlarlıq mühitinin də daha da əlverişli olması və sahibkar-dövlət orqanı münasibətlərində çevikliyin təmin olunmasında aparılan islahatların mühüm bir hissəsidir.

Bunu Etikxeber.az-a açıqlamasımda millət vəkili Tahir Mirkişili deyib.

DIQLAS-ILYA-1

Onun dediyinə görə, sahibkarlar üçün məhkəməyə müraciət etmək hər zaman böyük stress, xərc və sahibkarlıq fəaliyyətindən diqqətin yayınması deməkdir.

“Sahibkarın müraciəti ilə bağlı nə qədər tez, şəffav və aydın qərarlar qəbul olunarsa, bir o qədər ölkə üçün faydalı olur. Çünki bu zaman sahibkar daha çox öz fəaliyyəti ilə məşğul olacaq, öz vaxtını daha çox sahibkarlıq fəaliyyətini genişləndirməyə və investisiya qoymağa sərf edəcək. Eyni zamanda spesifik məsələlərə peşəkar yanaşma daha çox ədalətli qərarların qəbul olunmasına imkan verəcəkdir ki, bu da sahikarlıq fəaliyyəti və investisiya cəlb olunması üçün vacib şərtdir.

mirkisili tahir

Sahibkarların gömrük, vergi, sosial sığorta və digər məsələlər üzrə müraciətlərinə baxan ixtisaslaşmış məhkəmələrin yaradılması və bu məhkəmələrdə çalışan hakimlərin dərin hüquqi bilik və təcrübəyə sahib olmasi müracitələrə daha tez və peşəkar formada baxılmasına imkan verəcək. Çünki bu sahələrdə qanunvericiliyin spesifik müdəalarının tətbiq edilməsi daha dərin biliklər və təcrübə tələb edir.

Bir çox ölkələrdə tətbiq olunan xüsusi sahəvi məhkəmələr öz səmərəliliyini göstərməkdədirlər. Mübahisəli məsələlərin keyfiyyətlə və ədalətli həlli bütövlükdə iqtisadiyyatın inkişafı üçün mühüm şərtlərdən biridir”-deyə, T. Mirkişili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Prezident Göyçayla bağlı yol tikintisinə 4,1 milyon ayırdı – SƏRƏNCAM

Read Next

Elmlər doktoru olan sabiq deputat və eks icra başçısının kitabının təqdimatı oldu – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir