“Taleyin işi imiş…” – HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANA-NAXÇIVANA QAYIDIŞI – 29 İL KEÇİR – FOTOLAR

Bu gün-22 iyul  sabiq dövlət başçısı, ikinci müstəqil Azərbaycanın quruculuğunda və inkişafında tarixi xidmətləri olmuş  mərhum Heydər Əliyevin 1990-cı il iyulun 20-də Moskvadan Bakıya, 2 gün sonra isə böyüyüb boya-başa çatdığı Naxçıvan Muxtar Respublikasına qayıdışı günüdür.

Etikxeber.az xəbər verir ki, həmin gündən etibarən Heydər Əliyev birdəfəlik vətəninə, doğma Naxçıvanına döndü və həmin ilin sentyabrında Babək rayonundan keçmiş Ali Sovetə deputat seçildi.

Heydər Əliyev həmin gün və tarix barədə sonralar demişdi:

nax

nax-1

nax-2

“1990-cı ilin yayı idi. Mən buraya gələrkən Naxçıvanı çox çətin bir vəziyyətdə gördüm. Amma eyni zamanda özümü çox rahat hiss etdim. Moskvada məni təqib edirdilər. Hətta yanvar hadisələrindən sonra hərəkətlərimə görə mənə qarşı repressiya planları hazırlanmışdı və onları həyata keçirmək istəyirdilər. Bakıya gələndə xalq tərəfindən mənim gəlişim böyük ruh yüksəkliyi ilə qəbul olundu, lakin hakimiyyətdə olan ayrı-ayrı şəxslər tərəfindən Bakıda yaşamağıma imkan verilmədisə də, mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Son illər çəkdiyim bütün əzab-əziyyəti unutdum. Görünür, mənim Naxçıvana gəlişim taleyin işi imiş…”.

Etikxeber.az

Read Previous

“Dünya çempionatı gəlir, özümü çempion görürəm” – FESTİVALIN QIZIL MEDALÇISI

Read Next

“Musiqi alətləri: birlik və müxtəliflik” sərgisi açılacaq – BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir