Tanınmış bəstəkar Nailə Mirməmmədli-VƏFAT ETDİ

Bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli vəfat edib. 

Etikxeber.az-ın xəbərinə görə, BDU-nun Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru olan 59 yaşlı Nailə Mirməmmədli bu gün vəfat edib.

Bəstəkarın ölüm səbəbi hələ ki, məlum deyil. 

Qeyd edək ki, Nailə Mirməmmədli 1961-ci ildə Bakı şəhərində anadan olub. 1968-1979-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində Fortepiano ixtisası üzrə təhsil alıb. O, 1981-1985-ci illərdə Tusi adına Pedaqoji Universitetində Musiqişünas, Dirijor, Xormeyster, Vokal, Aranjiman, Orkestrovka ixtisasları üzrə təhsilini fərqlənmə diplomu ilə başa vurub. Təhsilini davam etdirmək məqsədi ilə Nailə Mirməmmədli 1994-1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Musiqişünaslıq və Tofiq Quliyevin sinfində Bəstəkarlıq ixtisasları üzrə təhsil alıb. 1994-2004-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim,”Bənövşə” xorunda Xormeyster və Ansambl rəhbəri vəzifələrində çalışıb. 

2020-ci ildə Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru təyin edilmişdi. 

Nailə Mirməmmədli mərhum bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşı idi.

İki oğlan, bir qızı anası olan bəstəkarın öğlunun biri bir neçə il öncə dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Etikxeber.az

Read Previous

“Qarabağ Dirçəliş Fondu” yaradıldı və Fondun Müşahidə Şurasının-TƏRKİBİ MÜƏYYƏNLƏŞDİRİLDİ – YENİLƏNİB

Read Next

Adını daşıdığı Şəhid əmisinin, Mübariz İbrahimov və Cəbrayıl Dövlətzadənin məzarlarını-ZİYARƏT ETDİ VƏ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir