Tanınmış hərbi veriliş aparıcısı da – DEPUTATLIĞA NAMİZƏDDİR

DAHA BİR HƏMKARIMIZ PARLAMENT SEÇKİLƏRİNDƏ İŞTİRAK EDİR

Uzun illər İctimai TV-də “Salam əsgər” hərbi verilişinin aparıcısı olan və hazırda ATV-nin “Marş irəli” verilişində çalışan İsmayıl Balacanov da 6-cı çağırış Milli Məclisə növbədənkənar seçkilərə qatılıb.

Etikxeber.az xəbər verir ki, jurnalistika fəaliyyətinə “Space” və “AZTV”-dən başlayan və hərbi-vətənpərvərlik verilişlərinin aparıcısı kimi tanınan telejurnalistin namizədliyi 31 saylı Suraxanı ikinci seçki dairəsindən irəli sürülüb və 31 saylı Dairə Seçki Komissiyası (DSK) tərəfindən qeydə alınıb.

Qeyd edək ki, İ.Balacanovun hərbi-vətənpərvərlik proqramları cəmiyyətdə həmişə böyük rəğbətlə qarşılanıb.

Buna görə də həmkarları arasında böyük nüfuza sahib olan telejurnalist parlament seçkilərinə qatılmaqla ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak etmək qərarına gəlib.

Həmkarımız parlamentə vəsiqə qazanacağı təqdirdə, media ilə yanaşı hərbi məsələlərin də həlli ilə bağlı təkliflərlə çıxış etməyi planlaşdırır.

Etikxeber.az

 

Read Previous

İsa Qəmbərin oğlu deputatlığa namizəd-ASİM MOLLAZADƏYƏ RƏQİB OLDU VƏ…

Read Next

Lütfiyar İmanovun oğlu və Gülər Əhmədova qeydə alınmadı-BDU-NUN PROFESSORU İSƏ NAMİZƏD OLDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir