Fədayə Laçının bu neçə ildəki həbs müddəti, mənəvi itkisi və əzabı islah üçün kifayət bilinib, əfv və ya digər qanuni yolla azad edilməlidir.
Etikxeber.az xəbər verir ki, bunu tanınmış hüquqşünas İlqar Altay deyib.
Onun sözlərinə görə, dünya kriminal hüquq praktikasında, cinayətin hansı motivlə edilməsinə çox fikir məna verilir.
“Məsələn, insan qətlində motivin qısqanclıq, ya özünü müdafiə olduğunda yüngül şərti, quldur, ya terror motivində isə ömürlük həbs də verilir.
Fədayə Laçın əlbəttə, təhlükəli residivistin azad qaçmasında yardımçı-iştirakçı olmaqla, cinayət törədib, özü də ədalət mühakiməsinə qarşı ağır cinayət.
Hadisə baş verən günlər mən özüm də bir hüquqşünas və dövlətçiliyin, qanunun keşiyi yönündə, o müğənnini səhifəmdə sərt qınadım.
Ancaq sonradan aydın oldu və sual yarandı, bu əməlin motivində, müğəninin hansı hissi olub?
Maddi, antidövlət, fanatizm, ya siyasimi? Motiv, ən ali insani hisslərdən birisi-saf bir sevgi olub.
Ona görə də fikrimcə, bu insanın bu neçə ildəki həbs müddəti, mənəvi itkisi və əzabı islah üçün kifayət bilinib, əfv və ya digər qanuni yolla azad edilməlidir. Mümkün olsa həbsdə qalmamalıdır”-deyə, İ. Altay sözlərinə əlavə edib.
Etikxeber.az