Tanınmış jurnalistə ADU-da vəzifə verildi

“Kaspi” qəzetinin əməkdaşı, tanınmış jurnalist Araz Ağayev Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Departamentinin müdiri vəzifəsinə təyin olunub. 

Etikxeber.az  xəbər verir ki, bu barədə jurnalistin özü “Facebook” səhifəsində yazıb:

“Hörmətli KİV nümayəndələri, dəyərli həmkarlar, nəzərinizə çatdırıram ki, 26 oktyabr 2016-cı il tarixli müvafiq əmrə əsasən ADU-nin İnformasiya Departamentinin müdiri vəzifəsinə təyin olunmuşam. Sizinlə yenidən əməkdaşlıq etməkdən məmnunluq duyuram. Əminəm ki, təmsil etdiyim ali təhsil müəssisəsinin fəaliyyətinin ictimaiyyətə çatdırılması istiqamətində əməkdaşlığımız faydalı olacaq. Bu yolda sizin hər birinizdən dəstək gözləyirəm. Eyni zamanda bildirirəm ki, ADU-nin fəaliyyətinə dair bütün suallarınızı hər zaman cavablandırmağa hazırıq”.

Qeyd edək ki, A.Ağayev bir müddət “Azəriqaz” və SOCAR-da da məhsul vəzifələrdə çalışıb.

Etikxeber.az

Read Previous

Xəzər dənizində 4 bal gücündə zəlzələ baş verib

Read Next

Gömrük nəzarətindən gizlədilən 10 min ədəd “NZ Gold Compact” markalı siqaretlər aşkar edilib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir