Tanınmış jurnalist Müdafiə Nazirliyinə-MÜRACİƏT ETDİ

Tanınmış jurnalist İlqar Rəsul Müdafiə Nazirliyinə müraciət edib.

Etikxeber.az həmin müraciəti təqdim edir:

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət.

Dəyərli Silahlı Qüvvələrimizin rəhbərliyi, əgər, ehtiyac varsa (hesab edirəm ki, var), mən Müdafiə Nazirliyi ilə Mətbuatın münasibətlərinin tənzimlənməsində, qarşılıqlı əməkdaşlığın daha effektiv müstəviyə keçirilməsində yardımçı ola bilərəm.

Bundan ötrü mənə xüsusi vaxt ayırmağınıza, ayrıca görüşməyinizə də ehtiyac yoxdur.

Qısa şəkildə, konkret bəndlərdən ibarət (cəmi bir komp.vərəqi) konsepsiya yazıb, istənilən elektron ünvana göndərə bilərəm.

Son günlər Nazirlikdən verilən açıqlamalar və mətbuatın həmin açıqlamarla davranışından bu qənaətə gəlmək olur ki, indi belə bir tənzimləməyə ciddi ehtiyac var.

XÜSUSİ QEYD:Bu, Millət və Məmləkət adına olan təşəbbüsdür.

Hər hansı şəkildə ( təltif, təşəkkür və ya qonorar) qarşılığının ödənilməsi mənim tərəfimdən qəbuledilməzdir.

Allah Dövlətimizə və Ordumuza kömək olsun!

Etikxeber.az

Read Previous

Hərbi hissənin qərargah rəisi qəzada öldü-BİR NEÇƏ HƏRBİ QULLUQÇU İSƏ XƏSARƏT ALDI – DSX

Read Next

“Artıq bizdə də, dünənin siyasi rəqibləri Vətən təhlükədə olduğu anda rəqabəti unudub, eyni səngərin əsgərləri kimi davranmaqdadır…”-MM-İN KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir